Əl fənəri balığı dünyanın tropik sularında yaşayır . Onların bəziləri dayaz sularda və ya gecələr mərcanlarda , bəziləri isə sırf dərin sularda yaşayır .Atlantik okean və Aralıq dənizində daha çox yaşayan qara rəngli əl fənəri balığı 14 sm uzunluğunda olur. Onlar xərçəngkimilər ilə qidalanırlar.

Əl fənəri balığının olduğu yerdə yaşayan yerli xalq bu balıqları tutar ,işiğın parladığı hissəsini çıxarar və bu hissəni balıq ovlarkən istifadə edərlər. İşıq orqanı balıq öldükdən saatlarca sonra belə parıldamağa davam edər .Gecə olduğunda əl fənəri balığı qayalıqlarda ,mərcanlarda saxlandığı yerdən çıxar .Hər hansı bir işığa qarşı çox diqqətlidir və əgər işıq çox parlaqdırsa və ya hər hansı bir dalğıcın işığını görürsə tez gizlənər. Parlaq işıqlar gözlərinin altındakı orqanlar tərəfindən çıxır. Bu oqranlar balığın qanına qarışan oksigen və şəkərlə bəslənən, işıq saçan minyonlarca bakteriyadan əmələ gəlir. Balıq işığı açıb bağlaya və istədiyi istiqamətə çevirə bilir. Onun işığı o qədər güclüdürki 30metrlik məsafədən belə görülə bilir. Balaca əl fənəri balığından gələn işıq bütün otağı işıqlandıra bilər.