Oluxan Musayev 1979-cu ildə Balakən rayonun Katex kəndində anadan olub. 
O, 2000 və 2003-cü illərdə əlil olmasına baxmayaraq sağlam idmançılar arasında keçirilmiş armvrestlinq üzrə ölkə çempionatının qalibi olmuşdur.

2008-ci ilin sentyabrında Pekində keçirilən Paralimpiya Oyunlarında Oluxan nüvə itələmə üzrə 13,49 metr nəticə göstərərək olimpiya çempionu adını qazanmışdır. 2009-cu ildə isə Hindistanın Bnqalor şəhərində keçirilən paralimpiyaçı atletlərin dünya çempionatında qızıl medala layiq görülmüşdür. O, həmçinin nüvə itələmaə üzrə dünya və paralimpiya rekordçusudur.