SUDA ÜZƏ BİLƏN ƏN İRİ QUŞ

    Bu imperator pinqvinidir. Onun boyu 1,2 metr, çəkisi 42,6 kq-dır. Bu isə uçan quşların çəkisindən ən azı 2 dəfə çoxdur. Quruda yaşayan və boyu 2 metrə çatan emular da pis üzmür.

    ƏN UZUNÖMÜRLÜ QUŞ

    And dağlarının sakini kondorlar hesab olunur. Onlar 72 ilə qədər yaşaya bilirlər.

    ƏN İRİ YUMURTA

    Ən iri yumurta – dəvəquşu yumurtasıdır. Onun uzunluğu 13,5 sm, çəkisi 1,65 kq-a çatır. Çəkisinə görə 18 toyuq yumurtasına bərabər bu yumurtanı bişirmək üçün düz 40 dəqiqə ( ! ) qaynatmaq lazımdır.

    ƏN UCA SƏS

    Ən uca səs – hind tovuz quşalrına məxsusdur. Onların səsi hətta 1 km-lik məsafədən də çox aydın eşidilir.

    ƏN YORULMAZ QANAD

    Ən yorulmaz qanad – balaca kolibri quşlarına məxsusdur. Onlar saniyə ərzində 80-90 dəfə qanad çala bilirlər.

    ƏN YÜNGÜL QUŞ

    Ən yüngül quş – kolibri quşudur. Onların ən xırdasının uzunluğu 57 mm-ə çatır ki, bunun da tam yarısı quyruğun və dimdiyin payına düşür. Kuba adasında yaşayan bu cırtdanın çəkisi 1,5 qramdır.

    ƏN İRİ YIRTICI QUŞ

    Ən iri yırtıcı quş – And dağlarında yaşayan və çəkisi 12 kq-a çatan kondorlardır.

    ƏN MÖHKƏM YUMURTA

    Ümumiyyətlə yumurta qabığı öz möhkəmliyi ilə çox seçilir. Bir toyuq yumurtası 183 m hündürlükdən düşmüş , amma heç çatlamamışdır. Dəvəquşu yumurtaları isə çəkisi 115 kq- a çatan adamın ağırlığından belə sınmamışdır.

    ƏN BÖYÜK DƏRİNLİYƏ BAŞ VURAN QUŞ

    İmperator pinqvinləri 265 metr dərinliyə baş vura bilir və dərhal da geri qayıdırlar.

    ƏN İRİ QUŞ

    Dünyanın ın iri quşu dəvəquşu sayılır. Onun hündürlüyü 2,4m-ə çatır. Çəkisi isə 156 kq-a qədər olur.