Kino sahəsində ən çoxbaxılan və sevilən janrlardan biri melodramlardır. Melodram janrlı filmlərin əsas süjet xəttini sevgi hekayəsi təşkil edir. bU heç də hər zaman Bu filmlər arasında ən maraqlılarını sloqanları ilə birlikdə sizinlə paylaşırıq. 🙂

  1. “Ameli”

İl: 2001

Sloqan: “O, sizin həyatınızı dəyişdirəcək.”

“She will change your life.”

Bu film öz xəyal dünyasında yaşayan sakit və tənha qız haqqında danışır. Onun ilk baxışda anlaşılmayan hərəkətləri insanların həyatlarını həmişəlik dəyişə bilər, onların dünyalarını parlaq boyalarla rəngləyib onlara xoşbəxtlik bəxş edə bilər.

  1. “Küləklə sovrulanlar” (Gone with the wind)

İl: 1939

Sloqan: “Bütün zamanın ən gözəl rəsmi”

“The most magnificent picture ever”

Film Amerikada Vətəndaşlıq müharibəsi dövründə baş vermiş hadisələri əhatə edir. Romanın və eyni adlı filmin baş qəhrəmanları Skarlett, Rett, Melani, Eşli neçə illərdir tamaşaçıların ürəklərini fəth edirlər.

  1. “Böyük şəhərin işıqları” (City Lights)

İl: 1931

Sloqan mövcud deyil.

Çarli Çaplinin çəkildiyi bu köhnə film sizlərə balaca avaranın qarşısına çıxan kor qızın həyatı haqqında danışacaq. Qiz bu avaranı varlı hersoq sanır. Bu zaman isə o, qızın görmə qabiliyyətini qaytarmaq üçün pul axtarmağa başlayır.

  1. “Məhəbbət və göyərçinlər” ( Любовь и голуби. Love and doves) – Sovet filmi

İl: 1984

Sloqan mövcud deyil

Bu film sizlərə cənub kurortda gözəl qadın Raisa Zaxarovna ilə tanış olan Vasili Kuzyakin haqqında danışacaq. O, yeni tanış olduğu qadının evinə köçür. Lakin sonra bu evin ona yad olduğunu anlayıb əsl evinə- Nadya, uşaqları və göyərçinlər olan evinə dönməyi istəyir.

  1. “Titanik” (Titanic)

İl: 1997

Sloqan: “Dünyada heç bir şey onları ayıra bilməz.”

“Nothing in the world can separate them.”

Bu film kinematoqrafiyanın şah əsəridir. Film real hadisələri əks etdirir. Bu kinoda Titanik gəmisinin batmasından savayı, böyük məhəbbət və dəhşətli nifrətdən danışılır.

  1. “Yaddaş gündəliyi” (The Notebook)

İl: 2004

Sloqan: “Hər böyük sevgi arxasında böyük bir hekayə durur.”

“Behind every great love there is a great story.”

Bu təsirli məhəbbət hekayəsini yaşlı kişi qocalar evində bir qadına köhnə gündəlikdən oxuyur. Bu hekayə bir birini sevən, lakin müxtəlif sosial təbəqəyə aid olan iki gəncin sevgisindən danışır. Onların məhəbbətinə əvvəlcə valideynlər, daha sonra isə 2-ci Dünya müharibəsi mane olur.

  1. “Moskva göz yaşlarına inanmır” (Москва слезам не верит. Moscow does not believe in tears.) – Sovet filmi

İl: 1979

Sloqan: “40 yaşında həyat təzəcə başlayır.”

“В 40 лет жизнь только начинается.”

Film əllinci illərdə baş vermiş hadisələrdən danışır. 3 gənc əyalət qızı Moskvaya məhəbbətlərini tapmaq və pul qazanmaq üçün yollanırlar. Onlardan biri ərə gedir və uşaqlarını böyüdür, ikincisi üçün Moskva xoşbəxtlik qazana bilmək üçün bir lotereyadır, üçüncüsü aşiq olur, lakin əri onu atıb gedir.

  1. “Ruh” (Ghost)

İl: 1990

Sloqan: “Sən inanacaqsan.”

“You will believe.”

Xoşbəxt cütlük axşam evə gec qayıdır. Qaranlıqda soyğunçu onlara hücum edir və Semi öldürür. O, kabusa çevrilir və sevgilisi Mollinin təhlükədə olduğunu öyrənir. Lakin Sem indi yalnızca bir kabusdur və o, sevgilisini təhlükə barədə necə xəbərdar edəcəyini bilmir.

  1. “Şüşədəki məktub” (Message in a bottle)

İl: 1998

Sloqan: “İtirilmiş və tapılmış sevgi haqqında hekayə.”

“A story of love lost and found.”

Qarret Bleyk həyat yoldaşının ölümündən sonra özünə gəlməyə çalışır. O, yaxta tikib tənha bir yolculuq haqqında xəyal edir. Bu zaman məhşur bir qəzetin redaktoru Tereza Osborn okean sahilində şüşədə olan bir məktub tapır. Bu məktubun müəllifi isə məhs Qarret Bleykdir.

  1. “Xatırlanacaq gəzinti” (A walk to Remember)

İl: 2002

Sloqan: “Bizim sevgimiz külək kimidir, onu görmürsən, lakin hiss edirsən.”

“Our love is like the wind- you can’t see it, but you can feel it.”

Film, ilk baxışdan bir-birinə zidd olan və ilk görünüşdə heç yaraşmayan bir cütlüyün sevgisi haqqında danışacaq. Lendon üçün məktəbin bütün qızlarının ürəyi gedir. Əvvəlcə o Ceymiyə heç fikirdə vermir. Lakin düşdüyü vəziyyətdə o, tezliklə dəlicəsinə aşiq olacağı əlaçı Ceymiyə müraciət etməyə məcbur qalır.