Bəzi qorxularımız bizi xilas edir, bəziləri həyatımızı çətinləşdirir, bəziləri isə sadəcə gülüş doğurur. Məsələn, əgər siz iş görməkdən qorxursunuzsa, bu tənbəl olduğunuza deyil, erqofobiyadan əziyyət çəkdiyinizə işarədir. Bu növ fobiyalardan bir neçəsini sizinlə paylaşırıq:

  • Fobofobiya – fobiyalara qarşı qorxu hissi
  • Nomofobiya – mobil telefonsuz qalmaq qorxusu
  • Efebiofobiya – yeniyetmələrə qarşı qorxu hissi
  • Skopofobiya – diqqət mərkəzində olmaq qorxusu
  • Neofobiya – yeni əşyalar və ya əldə edilmiş yeni təcrübələr qorxusu
  • Ginekofobiya – kişilərdə rast gəlinən qadınlara qarşı qorxu hissi
  • Andorfobiya isə əksinə, qadınlarda rast gəlinən kişilərə qarşı qorxu hissi
  • Porfirofobiya – bənövşəyi rəngə qarşı qorxu hissi
  • Ablutofobiya – hamam qorxusu
  • Ebulliofobiya – sabun köpüklərinə qarşı qorxu hissi
  • Aqorafobiya – toplum qorxusu
  • Trixofobiya – saçlara qarşı qorxu hissi
  • Spektrofobiya – güzgülərə qarşı qorxu hissi
  • Akribofobiya – oxunulan mətni anlamamaq qorxusu
  • Heksakosioyheksekontageksafobiya – 999 rəqəminə qarşı qorxu hissi
  • Epistemofobiya – yeni biliklər əldə etmək qorxusu
  • Dorofobiya – hədiyyə almaq və ya vermək qorxusu
  • Kumpunofobiya – düymələrə qarşı qorxu hissi
  • Lakanofobiya – tərəvəzlərə qarşı qorxu hissi
  • Nefofobiya – buludlara qarşı qorxu hissi
  • Penterafobiya – qaynanalara qarşı qorxu hissi

Bəs sizin nəyə qarşı fobiyanız var?