1862-ci ildə məzuniyyətdə olan məşhur Fransa yazıçısı Viktor Hüqo, oxucularının yenicə çapdan çıxmış “Səfillər” romanına olan reaksiyasını bilmək üçün nəşriyyat evinə teleqram yollayır. Bu teleqram yalnız bir “?” işarəsindən ibarət olur. Nəşriyyat evi də stili pozmayaraq yalnız bir “!” işarəsi ilə cavab verir. Çox güman ki məhz bu yazışma tarixdə ən qısa yazışma olmuşdur.