Çox zaman sizə ABŞ, Avropa istehsalı olan filmlər haqqında məlumatlar verib, bəzilərini tövsiyə etmişik. Bu dəfə sıra türk filmlərindədir. Sizə Türkiyə istehsalı olan ən yaxşı romantik filmlərin siyahısını təqdim edirik.

Siyahımızda ilk yeri “Issız adam” tutur. 2008-ci il istehsalı olan bu filmin IMDB-də balı 6.8-dir. Janr etibarı ilə, romantik dram sayılır. Filmdə həyat məqsədi, sevgisi olmayan, qərarsız bir kişinin bir qadına vurulmasından bəhs edilir. Onu da qeyd edək ki, filmin soundtrack-ləri özü qədər gözəl və məşhurdur.

Təqdim edəcəyimiz ikinci film “İncir Reçeli 1”dir. Film 2011-ci ildə ekranlara buraxılmışdır, IMDB-də 6.6 balla qiymətləndirilmişdir. Bu sevgi filmi mövzu baxımından digərlərindən fərqlənir. Filmdə bir gecədə həyatına sevgi daxil olan qadın və kişinin həyatından bəhs edilir. Filmin ikinci hissəsi çəkilsə də, birinci hissəsi daha təsirli və maraqlıdır.

Növbəti film “Aşk tesadüfleri sever” adların. Bu film də 2011-ci ildə çəkilmişdir, IMDB-də reytinq baxımından digərlərindən daha yüksək bal almışdır – 7.4. Mövzu və ssenari baxımından olduqca maraqlı və fərqli filmdir. Adından da göründüyü kimi filmin əsas ssenarisi təsadüflər üzərində qurulmuşdur. Baş qəhrəmanların doğulması, yaşamı və ölümü bir-birinə təsadüfən bağlıdır.

Son təqdim edəcəyimiz film “Fakat Müzeyyen bu derin bir tutku” adlanır. Film 2014-cü ildə çəkilmiş, IMDB-də 6.5 balla qiymətləndirilmişdir. Filmdə ilk kitabını yazmağa çalışan Arif sevgi münasibətlərini anlamayan, bir çox insanları tərk etmişdir. Ancaq Müzeyyen adlı xanım Arifi tamamilə özünə aşiq edərək, hətta ona evlənməyi belə düşündürür. Filmdən öyrənəcəyiniz çox şey olacağını düşünürəm. Münasibətlərə dair maraqlı fikirlərin olduğu filmlərdəndir. 🙂