1. Ətir su deyil, buna görə də onu tamamilə üzərinə boşaltmaq düzgün deyil.

 2. Ətirlər və çirkli bədən bir-biri ilə uzlaşmayan anlayışlardır.Ətirlərin dərinizdə açılmağı üçün onları təmiz dəriyə vurmaq lazımdır.

 3. Nəmləndirilmiş dəri – ətirlərin üçün ən əlverişli mühitdir! Bu səbəbdən ətirlərin dərinizdə qalıcılığını artırmaq üçün ətirdən istifadə etməmişdən öncə dərinizi nəmləndirin.

 4. Nəmləndirici vasitələr kimi losyon,krem və qoxusuz yağlardan istifadə edə bilərsiniz.

 5. Bədənimizin pulsasiya hiss olunan nöqtələr ətirləri vurmaq üçün ideal nöqtələrdir.

 6. Yağlı və çirkli dəridə ətirlərin qalıcılığı az olur.

 7. Sizi nahara dəvət ediblərsə, tund ətirlərdən çəkinin.

 8. Soyuq fəsillərdə isə tund və ağır ətirlərdən əminliklə istifadə edə bilərsiniz.

 9. Çayların ətrafında gəzinti planlaşdırmısınızsa, ətirlərdən çox istifadə etməyə dəyməz. Beləki, çaylardan buxarlanan sular ətirlərin qoxusunu zəiflədir .

10. Tarixdə ilk sintetik ətir – “Chanel № 5”-dir.

11. Dünyada ən çox satılan ətir də məhz “Chanel № 5”-dir.

12. Müasir ətirlər parfümer spirtindən və aromatizə olunmuş yağlardan ibarətdirlər.