Əgər əzələ kütləsini inkişaf etdirib gözəl bədənə sahib olmaq istəyirsinizsə salonda planlı şəkildə çalışmalı olduğunuz qədər, qidalanmanında necə vacib olduğunu bilməlisiniz.

Əzələnin inkişafı üçün necə qidalanmalıyıq?


Kalori

Kalori bir qidada aşkarlanan enerji miqdarını ifadə edir. Bədənimizdəki bütün funksiyalar, əzələlərimiz, beynimiz, daxili orqanlarımız enerjilə çalışır. Yəni əzələ toxuması yaratmaq üçün bədənin enerjiyə ehtiyacı olar. Buna görədə məqsəd əzələni inkişaf etdirməkdirsə lazımı qədər kalori qəbul etmək şərtdir.

Hərkəsin günlük kalori ehtiyaci yaşına, cinsinə, çəkisinə və bədən quruluşuna görə dəyişir. Bəzi insanlar çox az kalori qebul etməklərinə baxmayaraq çəkiləri artar, bəzi insanların (ektomorf tip) metabolizmaları sürətli olduğu üçün cox kaloriyə ehtiyacları olar.


Protein

Proteinlər bədənimizin quruluşu üçün vacib olan elemenlərdi. Proteinin əsasını amin turşuları təşkil edir. Proteinli qida həzm prosesində amin turşularına çevrilir.

Əzələ toxuması, hormonlarımız və daha cox şey amin turşularından yaranır. Əzələnin inkişafı və sağlam şəkildə yaşmaq üçün protein qəbulu vacibdir.


Karbonhidratlar

Karbon, hidrogen və oksigen atomlarından yaranan orqanik birləşmələrdi. Karbonhidrat insan və heyvan bədənində glikojen olaraq, bitkilərdə isə nişasta və seluloz olaraq bilinir.

Karbonhidratlar bədənin enerji mənbəyidir. Fiziki aktivliklərdə hüceyrələrimiz enerji olaraq karbonhidratlardan istifadə edir.

Karbonhidratlar sayəsində ehtiyacınız olan kalori miqdarını daha rahat ödəyə bilərsiniz.

Əgər ektomorfik tipdənsinizsə yəni çəki almaqda çətinlik çəkirsinizsə karbonhidratların qəbulunu limitləməyə gərək yoxdur, amma çox rahatlıqla yağlanırsınızsa karbonhidratların qəbuluna diqqət etmək lazımdır.


Yağlar

Yağlar bədən üçün enerji mənbəyi olmaqla yanaşı daha çox həyati funksiya daşıyır. Özəlliklədə balıqda olan Omega-3 yağ turşularının bədənə saysız faydası var. Belə desək yağ yemədən yaşaya bilmərik.





Hazırladı və göndərdi: Elsevər Məmmədzadə