Gürcüstanda, Batumda, dəniz sahilində iki insan fiqurundan ibarət bir heykəl var. Bu heykəl bir hekayəni, Әli və Ninonun eşqini ifadə edir.

    Әli və Nino, Azərbaycanlı yazar Qurban Səid’in qələmə aldığı bir romanın qəhrəmanlarıdır. Әli adlı müsəlman gənc və Gürcü şahzadəsi Nino bir-birlərinə aşiqdirlər, ancaq fərqli din və fərqli mədəniyyət səbəbiylə qovuşa bilmirlər. Sevgiləri üçün böyük mübarizə aparırlar, ancaq Sovet işğalıyla sonsuzadək ayrılırlar. 1937-ci ildə nəşr olunmuş bu roman, 37 dilə çevrilmiş və hətta filmi çəkilmişdir.

    Gürcü sənətçi Tamara Kvesitadze tərəfindən hazırlanan bu heykəlin, aşiqlərin əhvalatını nə qədər qeyri-adi və gözəl şəkildə ifadə etdiyini aşağıda görə bilərsiniz.

Batumda bir-birinə baxan 8 metr hündürlüyündəki iki nəhəng fiqur Әli və Nino’nu ifadə edir. Әli və Nino bütün gün bir-birlərini izləyir.



Daha sonra Әli və Nino bir-birlərinə doğru hərəkət etməyə başlayır.



Bir anlıq iki bədən birləşir.



Ancaq çox qısa bir müddət sonra Əli və Nino bir-birlərinin içindən keçərək ayrılırlar.



Və kürəkləri bir-birlərinə dönük uzaqlaşırlar. Bu Sovet işğalına işarə edir.



Bu heykəl xalq arasında “Sevgi Heykəli” olaraq bilinir.



Heykəllərin bu cür hərəkəti hər axşam 7də başlayır və 10 dəqiqə davam edir.