14 fevral haqqında bilmədiklərimiz

230

14 fevral tarixində dünya cütlükləri Müqəddəs Valentin Gününü qeyd edəcək. Gəlin bu münasibətlə uzaq keçmişə səyahət edək. Əfsanəyə əsasən, Sevgililər Gününün tarixi xristian rahib Valentin ilə əlaqəlidir. Roma imperatoru Marcus Aurelius Valerius Claudius müharibə zamanı əsgərlərin azlığından şikayətlənərək və tənha kişilərin daha yaxşı döyüşdüyünü düşünərək kişilərin evlənməsinə qadağa qoyub. Rahib Valentin isə bu qanuna tabe olmayaraq və sevənləri gizlincə evləndirərək, onların xoşbəxt olmasına vəsilə olurdu. Bu səbəblə 269-cu ilin, 14 fevral tarixində rahib Valentin edam olundu.

Qayıdaq indiki zamana. Statistikaya əsasən,

  • Hər il bu tarixdə 220000 nəfər evlilik təklifi edir
  • 50 milyondan çox qızılgül satılır
  • 60 milyondan çox ürək formalı şokolad qutusu satılır
  • Şokolad və konfetlərin satışı 1 011 milyard dollar qazandırır
  • Kişilərin 54% bu bayramla əlaqəli öncədən plan qurmur
  • Hər il Şekspirin qəhrəmanları olan Romeo və Cülyettanın yaşadığı Veronaya mindən çox məktub gəlir
  • Və insanların 40% bu bayrama nifrət edir.

Sən də o insanlardan birisənsə, sənə şad xəbərimiz var. 14 fevral həm də Beynəlxalq Kitab Hədiyyə Etmə Günü, Ruhi Sağlamlıq Günü, Kompyuterçi Günü və YouTube sisteminin yaranma günüdür. Bəlkə bu bayramlardan biri sənin ürəyincə olar. 😉

Yox, əgər Sevgililər Günü sənin üçün də gözəl gündürsə, Bayramını təbrik edirik! 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: