Balaca Şahzadə, Fransız yazar Antoine de Saint-Exupery tərəfindən yazılan və 1940-cı illərdə yayımlanan məşhur bir kitabdır. Dünyanın ən çox oxunan kitablarından biri olan Balaca Şahzadə 200-dən çox dilə tərcümə olunub; dəfələrlə kinosu çəkilib; opera, mahnı və teatrlara ilham vermişdir.

    Oxuyanların bildiyi kimi, 27 hissədən ibarət olan bu ölümsüz əsərdə yetişkinlərin dünyası bir uşağın gözündən izah edilir. Kitabda yer alan ilüstrasiyalar isə şəxsən yazar tərəfindən çəkilmişdir.

    Son günlərdə Balaca Şahzadə’ni mövzu alan möhtəşəm bir incəsənət layihəsi gündəmdədir: “Invisible a los ojos” adındakı maraqlı layihədə Latın Amerikasından 150 sənətçi bir araya gəlmiş və kitabdakı illüstrasiyaların yerinə yeni ilüstrasyonlar hazırlamışlar. Hər hissədə 4-6 illüstrator birlikdə çalışmışlar. Bir-birindən çox fərqli stil və texnikaya sahib illüstratorların bir araya gələrək etdikləri işləri çox bəyəndik, sizin də zövq alacağınıza əminik…