Hər dəfə sizə filmlər tövsiyə edirik. Bu dəfə sıra animasiya filmlərindədir. Animasiya filmlərini təkcə uşaqların sevdiyini düşünürsünüzsə, yanılırsınız, çünki dövrümüzdə çəkilən animasiya filmləri nəinki uşaqları, böyükləri də özünə cəlb edir. 🙂

  1. Zootopia – Siyahıda izləyicilərin əksəriyyətinin bəyəndiyi ilk animasiya. 2016-cı ilin mart ayından tamaşaçılara təqdim olunan bu animasiya heyvanların birgə yaşadığı yerdə baş verən hadisələrdən bəhs edir. Judy Hopps adlı dovşan polis olmaq qərarına gəlir, bütün hadisələr də bundan sonra başlayır. İlk dovşan polis sayılan Judy öz vəzifəsini yerinə yetirərkən Nick Wilde ilə tanış olur. zootopiaposter1-1

  2. The Secret Life of Pets – Adından da göründüyü kimi, heyvanların gizli həyatı haqqında çəkilmiş bu animasiya filmi 2016-cı ilin iyul ayında izləyicilərə təqdim olunmuşdur. Heyvanları evdə tək qoyub gedən sahibləri qayıdanda nələr baş verdiyi anlamasalar da, heyvanlar həmin zaman ərzində böyük macəra yaşayırlar.secret-life-pets-review

  3. Ice Age: Collision Course – “Buz dövrü” animasiya filmləri silsiləsindən biridir. Bu dəfə hadisələr həm Yer kürəsində, həm də Qalaktikada baş verir. Scrat-ın palıd qozası bu dəfə planetəri alt-üst edir. 🙂 Bu hadisəyə görə Yerə meteroid düşəcəyi gözlənilir. Sid, Manny, Diego və digərləri dünyanı xilas etmək üçün tədbirlər görürlər. Animasiya 2016-cı ilin iyun ayında təqdim olunub və xeyli baxıcı kütləsi tərəfindən bəyənilib.ice-age-collision-course-trailer-poster

  4. Kung Fu Panda 3 – 2016-cı ilin ən uğurlu animasiyası sayılan Kung Fu Panda 3 ilin yanvar ayından ekranlara buraxılmışdır. Bu dəfə Panda yeni macəralar yaşayır və digər pandalarla tanış olur. maxresdefault

  5. Sausage Party – Yaramaz sosiskalar bir gün rəfdən düşürlər və market rəfinə qayıtmaq üçün birlikdə səy göstərirlər. Animasiya filmi 2016-cı ilin avqust ayında tamaşaçılara təqdim olunub.sausage-party-movie

  6. The Angry Birds Movie – 2016-cı ilin may ayında izləyicilərə təhvil verilən bu animasiya filmi adından da göründüyü kimi əsəbləşən quşlardan bəhs edir. Bütün quşların sakit yaşadığı adada yalnız Red əsəbidir. Red, Chuck və Bomb adlı digər iki quşla birlikdə davamlı olaraq təcrid olunmaqdadırlar. Bir gün adaya donuzlar gəlir və quşların yumurtalarını oğurlayır. Daha da əsəbləşən quşların macəraları da bu zaman başlayır.angry-birds-movie

  7. Storks – Azərbaycanca “Leyləklər” adlanan animasiya filmi bu ilin sentyabr ayında ekranlarda yayımlanmışdır. Leyləklər uşaqları ünvanlarına çatdırırlar. Ya uşaqlar səhv düşərsə? 🙂storks-movie-2016-trailer-poster

  8. The Little Prince – “Balaca Şahzadə” əsərinin əsasında çəkilən bu animasiya tək əyləndirmir, həm də düşündürür. Animasiya sevməyən insanların belə bu filmə baxdığı zaman qazanacağı şeylər çox olacaq. Anasının həyatını planladığı balaca qız bir gün qoşudakı yaşlı biri ilə tanış olur. Bununla da xəyal dünyası və düşüncələri onu Kiçik Şahzadənin yaşadığı kainata aparır.the_little_prince_poster-wide

  9. Finding Dory – Bu dəfə Dori axtarışdadır. Onun tapılması haqqında olan bu animasiya filmində siz yeni obrazlar görəcəksiniz. Film 2016-cı ilin iyun ayında təqdim olunub.uk_dory_flexherobg_n_6032b443

  10. Trolls – Bu canlıların həyatından bəhs edən musiqili animasiya filmi 2016-cı ilin noyabrında tamaşaçılara təqdim olunub. Onların necə rəngarəng və canlı olması haqqındadır. trollsbar

Sizə xoş seylər. 🙂