2019-cu ildə filmsevərlərin dörd gözlə gözlədiyi, ilin ilk 6 ayında izləyicilərə təqdim olunmuş maraqlı 5 filmdən ibarət siyahını sizə təqdim edirik. 🙂

1. Aftermath

Baş rolda çoxlarının sevimlisi Keira Knightley və bir o qədər də tanınmış Jason Clarke yer alır. 1946-cı ildə müharibədən sonra yenidən ayağa qalxmağa çalışan Almaniya filmin süjet xəttinin əsasını təşkil edir. Gözlənilməz sonluqla yekunlaşan filmi izləməyi sizə də tövsiyə edirik.


2. Aladdin

Fikrimcə, Ələddini tanımayan yoxdur. Çoxumuzun uşaqlıq nağılı olaraq xatırladığımız “Ələddin”ə Disney yeni ruh gətirdi. Bu dəfə animasiya deyil, filmdir. Baş rolda məşhur sima, möhtəşəm obrazları canlandıran aktyor Will Smithdir. Filmdən zövq alacağınızı və əylənəcəyinizi tam əminliklə deyə bilərik.


3. Alita Battle Angel

Anime sevənlər, diqqət! “Avatar”ın rejissoru James Cameron və “Sin City”nin rejissoru Robert Rodriguezdən möhtəşəm film. 2563-cü il, dünyanın dağılmasından 300 il keçib, dünyada insan və cyborg birləşməsi olanlar yaşayır.


4. Hotel Mumbai

Siyahımızdakı 5 film içində ən emosionalı məhz budur. Baş rolda Dev Patel, filmin mövzusu isə 2008-ci ildə Tac Mahalda baş vermiş terror hadisəsidir. Tez təsirlənən birinizsə, izləməyin, məncə.


5. After

Bu film yazıçı Anna Toddun çox satılan kitab seriyasına əsasən çəkilib. Universitet tələbəsi Tessa uğurlu gələcəyə sahib olmaq üçün əzmlə çalışır. Bu zaman həyatında baş verən hadisələr filmdə canlandırılıb. Romantik janr sevənlər üçün maraqlı sayıla bilər. Kitabı oxumağınızı daha çox tövsiyə edirik.