2050-ci il və ya süni ət istehsalı

1681

Yer əhalisinin bu sürətlə çoxalması gələcəkdə hansı problemlər yaradacaq? İnsanlar normal qidalanmaq üçün qida tapa biləcəkmi? Maraqlı və düşündürücü suallardır…..

2050-ci ildə insanlar xüsusi cənlərdə süni ət istehsalına başlayacaqlar, əks təqdirdə Yer əhalisini təmin etmək mümkün olmayacaq. Həmin bu zamana Yer əhalisi 9 milyarda yaxın olacaq.
Qəzet gələcək ərzaq ehtiyatlarına aid olan məruzələrə istinadən yazır ki, gen mühəndisliyi, nanotexnologiya və yeni ixtiralar insanları aclıqdan xilas edə bilməyəcək. Aclığın səbəbi iqlim dəyişikliyi, suyun azlığı və ərzaq məhsullarına çoxalan tələbatdır.
Bu sahədə çalışan müxtəlif ölkələrin alimləri deyirlər ki, kənd təsərrüfatında yararlı olan torpaqların sayı azalır, amma 40 il ərzində dünya ərzaq istehsalı 70% artacaq. Rotemşed kənd təsərrüfatı tədqiqat institutunun alimlərinin fikirlərinə əsasən, atmosferdə olan karbon qazı və gələcəkdə yaradılacaq mükəmməl kimyəvi maddələrin və gübrələrin köməyi ilə məhsuldarlığı kütləvi şəkildə çoxaltmaq olar, həm də suyun istifadəsi azalar.
Bəzi alimlər təklif edirlər ki, ət-süd sənayesini yeniləşdirərək süni ət istehsalına başlamaq lazımdır. Bəziləri isə kənd təsərrüfatının neftdən asılılığını azaldılmasını təklif edirlər, çünki işlənmiş qazlar iqlim dəyişikliklərinə səbəb olur.
İnsanların hansı istiqaməti seçəcəyini gələcək göstərəcək.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Onesignal