Svetlana və Yuriy Panteleyenko 3 aylıq ikən Stepan adlı ayını ailələrinə alıblar.


Cütlük bir yerdə onu boya başa çatdırıb və indi ayının nə az nə çox düz 23 yaşı var.


Onlar qeyd edirlər ki, Stepanın çox mülayim xarakteri var və qucaqlaşmağı çox xoşlayır.


Ayı o qədər evcildir ki, axşamlar ev sahibləri ilə birgə televiziya izləyir.


Stepan həddindən artıq çox yemək yeyir.


Ən sevdiyi ərzaq qatılaşdırılmış süd, tərəvəz və balıqdır.


Stepan top ilə oynamağı çox sevir.


O, həmçinin, bitkiləri sulamaqdan həzz alır.


Hər gün Stepan 25kg balıq, tərəvəz və yumurta yeyir.


Ailə deyir ki, axşam televizor izləyərkən çox vaxt Stepan onları qucaqlayır.


Stepan çox yaxşı ünsiyyət qurmağı bacarır və aqressiv hərəkətlər etmir.