Tollund adamının cəsədi Danimarkada 1950-ci ildə tapılıb. Onun adını yaxınlıqdakı Tollund kəndi ilə bağlayıblar. Buzlar altında min illər qalan dəmir dövrünə aid adamın bədəni tam qalması ilə alimləri təəccübləndirmişdi. Tollund adam asılaraq öldürülüb. Alimlər bunu onun boynundakı kəndirdən biliblər. Araşdırmalar zamanı məlum olub ki, o, 40 yaşlı, 1.61 boyu olan, saçı və saqqalını daim təmizləyən kişi olub və dostları tərəfindən öldürülüb. Mədəsində araşdırma aparan alimlər müəyyən ediblər ki, Tollundlu adam əslində vegeterian olub. Onun mədəsindən 30-a yaxın fərqli bitki toxumundan düzəldilmiş şorbanın qalıqları çıxıb.