30 yaşlı halımdan, 20 yaşlı halıma tövsiyələr

0
4968

Bu yazı Nic Haralambous tərəfindən İngiliscə yazılmışdır və Bildirchin.az tərəfindən tərcümə olunmuşdur.

Hələ yeni 30 yaşım olub. Bəzi səbəblərə görə bu yaşıma isinə bilməmişəm. 20-li yaşlarımı qiymətləndirməyə başlayanda nə qədər çox səhv etdiyimi və bu səhvlərin mənə nələr qazandırdığını gördüm. Ona görə özümə tövsiyələr yazmaq üçün bir az zaman ayırdım. Kaş ki, 20 yaşındaykən düşünə bilsəydim dediyim şeylər.


1- Səyahət Et.
Bu yaşlarda çox az məsuliyyətə sahibsən. Buna görə gəz və səyahət et. 30 yaşın olanda daha fərqli şəkildə səyahət etmək istəyəcəksən. Daha çox xərcləyəcəksən, daha bahalı şeylər edəcəksən, daha yaxşı restoranlarda yemək yeyəcəksən. Buna görə bir il çalış və dünyanı ucuz büdcəyə gəzəcək qədər pul yığmağa çalış.

  • Yalnız bariz şəkildə hamı tərəfindən tanınan yerlərə səyahət etmə.
  • Çətin yerlərə səyahət et.
  • Öyrənmək üçün səyahət et.
  • Araşdırmaq üçün səyahət et.
  • Kim olmaq istədiyinə qərar verməni təmin edəcək yerlərə səyahət et.



2- Bir Şeylər İnşa Et.
Başqalarının fikirləriylə çox zaman itirmə. Öz dünyagörüşünü artırmaq üçün zaman ayır (1-ci tövsiyəyə bax) və öz həyatını harada görmək istədiyinə qərar ver.

İclaslar, fikirlərin öldüyü yerlərdir.
Ortaq şəkildə edilən işlərdən uzaq dur. Əgər belə təşkilati bir işin varsa və ayrılmağı düşünürsənsə tez bir zamanda ayrıl.


3- Oxu
Hər gün oxu. Nə oxuya bilirsənsə oxu. Yalnız bildiyin şeyləri oxuma. İnsanlar haqqında oxu. İnsanları oxu.


4- Televiziya İzləməkdən Vaz Keç.
İndi. Bu dəqiqə. Televiziya hər hansı bir mövzuda daha yaxşı olmağını təmin etməyəcəkdir.


5- Karyera
Tərəfdaşlıq edərək, təşkilati işlərə girmə. Qətiliklə girmə. Fərdiliyə əhəmiyyət ver. Özün yoxla, özün yanıl.


6- Güvən
Münasibətlərini bitirsə də güvən. Fikirlərini məhv etsə də güvən. Dostlarını itirsən də güvən. Sonunda ağrı-acı çəkəcək olsan belə güvən. Güvənməməni tələb edəcək bir səbəb olmadığı müddətcə insanlara güvənməyə davam et. Lakin saf olma. Bəzi insanlar səni yaralamağa çalışacaqdır.


7- İnsanlar
Sənə ən pis şeyləri edənlər də, ən yaxşı şeyləri edənlər də insanlardır. Bəziləri daha irəliyə daha sürətli gedə bilmək üçün köməkçi olacaqlar. Bəziləri də səni öz səviyyələrinə çəkib, uduzmağınıza səbəb olacaqlar. Bəziləri normaldır. Bəziləri yaxşıdır. Bəziləri isə mükəmməldir. Bir neçə insan sənin həyatını tamamilə dəyişəcəkdir. Onları tap. Ətrafında lap çox dostunun olmasına ehtiyac yoxdur. Sənin ehtiyacın olduğu qədər olması kifayətdir. Bu sadə bir həqiqətdir, çox dostun ehtiyacın olduğu anda yanında olmayacaqdır.


8- Zamanın Qiymətini Bil.
Güvənə bilmədiyin insanlara zaman ayırma. Səni aldadan sevgililərə zaman ayırma. Sənin onlara davrandığın kimi sənə davranmayan dostlarına zaman ayırma. Gecikmə!.. Digər insanların zamanına dəyər ver. Əgər gecikirsənsə onları və ya onların itirdiyi zamanı vecinə almırsan deməkdir. Özünü onlardan daha qiymətli görüb, bu səbəbdən onları gözlətməyə davam edirsən. Bəzi insanlar sənə gecikməyin əhəmiyyətli olmadığını söyləyəcəklər. Xeyr, bu çox əhəmiyyətlidir.


9- Səhv Et.
Çoxlu səhvlər et. Tez-tez səhv et. Sevgidə səhv et. Cinsi səhv et. Sosiallaşarkən səhv et. Dostluq qurarkən səhv et. Çalışarkən səhv et. İşində səhv et. Ailən mövzusunda səhv et. Dostlarınla ​​səhv et. Lakin bunu sürətli et və səhvindən dərs al.


10- Bacar
Hansı yaşında bacaracağın əhəmiyyətli deyil. 20 yaşlarında heç deyil. Əslində heç bir zaman deyil. Müvəffəqiyyət 20 yaşlarında da gələ bilər 30 yaşında da 40 yaşında da. Bunu qəbul et və bir şeylər inşa etməyə başla.


11- Səbr et
Səbirli ol. Bir şeyləri tez-tələsik etməyin bir mənası yoxdur. Heç bir şey bir dəqiqə ərzində inşa edilməmişdir. 10 il ərzində planla. İl ərzində düşün. Ay ərzində çalış. Gün ərzində yaşa.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: