‘Elf on the Shelf’, Amerikalı yazar Carol Aebersold’un qızıyla birlikdə qələmə aldığı şəkilli uşaq kitabıdır. Qərb ölkələrində böyük marağa səbəb olan bu kitabda yer alan “elf”lər Şaxta Baba’ya kömək edən sevimli varlıqlardır. Alan Lawrence adlı Amerikalı ata da bu elf şəkillərini görüb çox bəyəndikdən sonra dörd aylıq körpəsinə eyni paltarları geyindirib şəklini çəkmişdir. Şəkilləri sosial şəbəkələrdə paylaşdıqdan sonra da çox insanın marağına səbəb olmuşdur.