Biz sizin üçün faydalı və dadlı yeməklərin reseptlərini axtarmağa başlamışıq. Bu gün növbədə sadə və çox dadlı pasta reseptləridir:sadəcə reseptdə deyilən inqridiyentləri qazana əlavə edib, ocağa qoyursuz!


Resept  1. Göbələkli və badımcanlı pasta

İnqrediyentlər:
340 q pasta;
½ orta boy badımcan;
2 fincan kəsilmiş göbələk;
3 diş sarımsaq;
½ stəkan tomat sousu
2 fincan su;
2 çay qaşığı dəniz duzu və badımcanı üçün  bir az daha duz;
1 çay qaşığı üyüdülmüş qara bibər;
2 xörək qaşığı zeytun yağı;
Təzə göyərti – cəfəri və reyhan.

Hazırlanması
Badımcanı kiçik kubiklərə kəsirsiniz , duzlayırsız və 20-30 dəqiqə dayanmağa qoyursunuz ki, artıq maye və acısı çıxsın. Qazanı və ya dərin tavanı qızdırırsız , ora zeytun yağı, badımcan və xırdalanmış diş sarımsağı əlavə edirsiz. Duz vurursuz və 3-5 dəqiqə ərzində qovurursuz. Badımcan qızılı rəng almağa başlayanda göbələkləri əlavə edirsiz və  2-3 dəqiqə qovurursuz.

Tərəvəzlər hazır olan kimi həmin qazana pastanı əlavə edirsiz və su  doldurursunuz, sonra isə  tomat sousu və qalan xırdalanmış diş sarımsaqlarıda əlavə edirsiz, duz və istiot vurursunuz.  Qarışığı qaynamağa qədər çatdırırsız, sonra isə atəşi azaldaraq daim yeməyi qarışdırırsız. Adətən bu 10 dəqiqə  vaxt aparır.

Hazırlanmış pastanı duz və istiot əlavə etməyə ehtiyac varmı deyə dadırsız və üzərinə bir çimdik təzə göyərti əlavə edərək boşqaba yerləşdirirsiz.


Resepti  2. İspanaqlı pasta

İnqrediyentlər:
3 xörək qaşığı zeytun yağı;
6-8 fincan ispanaq;
⅛ Çay qaşığı duz;
4½ stəkan su
480 q yarı bölünmüş çerri pomidoru
340 q pasta;
3 diş xırdalanmış sarımsaq;
Duz və istiot zövqə görə;
½ stəkan brınza pendiri

Hazırlanması

Zeytun yağını qızarma üçün tavada və ya dərin bir qazanda qızdırırsız, ispanaqları əlavə edirsiz, duzlayırsız və 2 dəqiqə ərzində pörtlədirsiz. Sonra ocaqdan götürürsüz: suyu, pomidorları. pastanı sarımsaqı, duz və istiotu əlavə edirsiz. Güclü alovda qaynatdıqdan sonra ocağın alovunu azaldırsız, qapaq qoyursuz və 13-15 dəqiqə pasta hazır olana kimi bişirirsiz.Su bütövlüklə buxarlanmalıdır və çəkilməlidir.

Ocaqdan götürün, 2 qaşıq zeytun yağı əlavə edib yaxşıca qarışdırın, sonra kiçik hissələrə doğranmış brınza pendirində üzərinə əlavə edin. Yenədə yaxşıca qarışdırın, dadına baxın, əgər ehtiyac varsa bir az da duz və istiot əlavə edin və süfrəyə verin.


Resept  3. Qaymaqlı pasta noxud ilə

İnqrediyentlər:

325 q pastası;
3 fincan süd;
1 kasa toyuq bulyonu;
1 çay qaşığı duz;
Sürtgəcin kiçik gözündən keçirilmiş 1 böyük kök;
1 fincan dondurulmuş noxud;
½ stəkan ispanaq;

Hazırlanması

Bir böyük qazanda pastanı, kökü, duzu, südü və bulyonu qarışdırırsız və qaynadırsız. Ocağın alovunu azaldırsız və 13-15 dəqiqə ərzində bişirirsiz, suyu çəkilənə kimi tez-tez qarışdırırsız. Əgər pasta bişmədən süd azalıbsa o zaman bir az da süd əlavə edə bilərsiz.

Pasta hazır olan kimi ocaqdan götürün, noxudu və ispanağı əlavə edin, qarışdırın və qapağın örtün. Qazanı qapalı vəziyyətdə 2-3 dəqiqə saxlayın. Sonra isə süfrəyə verin.


Resept  4. Limonlu pasta toyuq ilə

İnqrediyentlər:

200 q toyuğun sinə əti və ya bud hissəsi;
230 q pasta;
2 fincan toyuq bulyonu;
1 kasa yağlı qaymaq;
½ stəkan limon şirəsi;
1 çay qaşığı  limon qabığı;
Duz və istiot zövqə görə;

Hazırlanması

Toyuq ətini kiçik hissələrə bölün,zeytun yağı əlavə edib tavanı və ya dərin bir qazanı qızdırın, toyuq qızılı rəng alana kimi qızardın.

Sonra isə qalan bütün inqridiyentləri əlavə edin, qaynadın, qapağı üzərinə qoyun və orta dərəcədə 12-15 dəqiqə hazır olana kimi bişirin. Tez-tez qarışdırmağı unutmayın, çünki pasta qazanın dibinə yapışa və yana bilər.

Pasta hazır olanda qapağı götürün və yeməyin,artıq suyu buxarlansın deyə, 2-3 dəqiqədə hazır olmasını gözləyin, yoxsa pasta quru alınacaq. Süfrəyə verməzdən əvvəl üzərinə cəfəri də əlavə etmək olar.


Resepti № 5. Qızılbalıq və hindqozu südü ilə pasta

İnqrediyentlər:

340 q linquin və ya istənilən digər pasta növü;
3 fincan su;
400 ml hindqozu südü ;
2 diş sarımsaq;
1 baş sarımsaq;
2 nazik-nazik kəsilmiş orta ölçülü şirin bibər;
15 yarı bölünmüş çerri pomidoru ( 2-3dənə);
360 qram qızılbalıq;
2-3 xörək qaşığı sarı kerri pastası;
1 xörək qaşığı günəbaxan yağı;
1 dəfnə yarpağı;
Bir dəstə cəfəri;
Bir ovuc keşniş;
1 xörək qaşığı şəkər;
Duz və istiot zövqə görə.

Hazırlanması

Bütün inqrediyentləri qazana əlavə edib, qaynadırsız və təxminən pasta hazır olana qədər, 17 dəqiqə bişirirsiz.Hazır yeməyə öz zövqünüzə görə duz və istiot əlavə edib, qarışdırırsız. Pastaya nəzarət etməyi unutmayın, suyu azaldıqda azca su əlavə etməyi unutmayın. 


Nuş olsun !  🙂