Gündəlik problemləri həll etmək üçün bəzi hiylələr var. Onlar hər kəsin işinə yarıyır və həyatınımızı asanlaşdırır. Onlardan bir neçəsini sizinlə paylaşırıq!

  • Yüngül yanıqlar zamanı ilk yardım olaraq diş məcunu və ya kartof dilimindən istifadə edin
  • Mebeldə yaranan cızıqları aradan qaldırmaq üçün cızıqlara yunan qozu sürtün
  • Təraş aləti vasitəsilə geyimin üzərində olan tiftikləri yox etmək mümkündür
  • Telefonun “zaryadka”sının 2 qat daha tez dolması üçün onu uçuş modunda saxlayın

  • Yumurtların üzərinə günəbaxan yağı çəksəniz onlar daha gec xarab olacaq
  • Boğaz ağrısını aradan qaldırmaq üçün hilli süd için
  • Baş ağrısına son qoymaq üçün alnınıza limon dilimlərini yerləşdirin. Sitrus qoxusu ağrını sakitləşdirəcək
  • Stresdən azad olmağa nanə qoxusu kömək edəcək. Stressin nə olduğunu anında unudacaqsınız. İkinci çox maraqlı üsul isə, burun və dodaq arasındakı nöqtəyə barmaqla basaraq, stresə qalib gəlməkdir

  • Milçək dərmanını ev şəraitində hazırlaya bilərsiniz. Bunun üçün lazımdır: limon dilimi, efir yağları, lavanda və rozmarin
  • Soğanın sizi ağlatmasını istəmirsinizsə, soğan doğrayarkən saqqız çeynəyin
  • Diş ağrısını kəsmək üçün mixək çeynəyin
  • Südün tez qaynaması üçün ona 1 çimdik şəkər tozu əlavə edin
  • Ütünü yanıq izlərindən təmizləmək üçün kağızın üzərinə duz səpin və kağızı ütüləyin