Google Glass eynəyi ilə çəkilən ilk fotolar twitter sosial şəbəkəsində yayımlanmışdır. Onlar Twitter for Glass proqramının vasitəsi ilə yayımlanır və hashtag #throughglass ilə işarələnir. Bütün fotolar üfüqi yönümlüdür. Google Glass istifadə edən şəxs şaquli foto çəkmək istərsə başını 90 dərəcə çevirmək kifayət edir.

















