Alman dili öyrənmək üçün yaxşı bir plan qurmalısınız. Alman dili öyrənmək bir həyat tərzi olmalıdır. Dil təhsili riyaziyyat və ya kimya kimi düsturlardan ibarət deyil. Bəlli qaydaları vardır, lakin qaydaları öyrənməkdən çox qaydaları doğru tətbiq etmək insanlarda çətinlik yaradır.


    Doğrudur Alman dili kursları ilə təhsilə başlamaq, doğru bir şəkildə irəliləmək üçün böyük asanlıq təmin edir. Amma siz özünüz də online materiallardan istifadə edərək müstəqil şəkildə dil biliklərinizi artıra bilərsiniz. Heç bir şey anlamama ilk başlarda problem yaratmasın sizin üçün, çünki məqsədimiz qulaq dolğunluğu və dil ilə tanışlıq əldə etməkdir. Bol-bol söz öyrənməyə çalışın və ətrafınızda gördüyünüz hər şeyin Almancasını da öyrənməyə çalışın. Unutmayın, hər şeylə maraqlanan şagird, ən yaxşı şagirddir.


Bildiriş: Hal-hazırda Aspanada Alman dili kursu üzrə oxucularımız üçün “Dostunu gətir endirim qazan” kampaniyası var. Fürsətlərdən faydalanmağa tələsin!


    Səhv etməkdən qorxmayın. Yeni bir dil öyrənirsiniz və bu müddət ərzində səhv etmək çox təbii bir şeydir. Bu müddəti keçmədən Alman dili öyrənə bilən 1 nəfər belə yoxdur. Qısaca TV, Qəzet, DVD, Youtube, internet, lüğət, kitablar kimi materialları yerli yerində istifadə etsəniz Alman dilini çox əyləncəli şəkildə öyrənə biləcəksiniz.


1- Hər gün nizamlı olaraq ən az 30 dəqiqənizi yeni bir şeylər öyrənməyə ayırın.

2- Ətrafınızda olan hər şeyin Almanca qarşılığını düşünün.

3- Kino, Radio, Dvd, İnternet kimi texnoloji nemətləri öyrənmə məqsədli istismar edin.

4- Kəlimə kartları və cümlə kartları yaradıb cibinizdə daşıyın.

5- Alman dili Lüğəti ilə dost olun. (Elektron lüğətlər daşıma və istifadə baxımından çox praktikdir.)

6- Alman mədəniyyətini tanımağa çalışın. Alman yazarların audio kitablarını və Alman müğənnilərin mahnılarını dinləyin.

7- Alman dilində olan filmləri izləyərkən mövzunun həyəcanına özünüzü qapdırmadan nələr danışıldığını anlamağa çalışın və mümkünsə qeydlər aparın.

8- Hər tərəfə Almanca qeydlər yapışdırın.

9- Sosial şəbəkələr vasitəsilə Alman dostlar taparaq onlarla ünsiyyətdə olmağa çalışın.

10- İnternet sizə dil öyrənmək üçün sonsuz kömək edəcəkdir.

Aşağıda paylaşdığımız pulsuz Almanca dərslər, Almanca testlər, Almanca dinləmə parçaları kimi.


Intermediate German – Bu açıq universitet kursu sayəsində orta səviyyədə olan Almanca’nızı Alman mədəniyyəti və ailə quruluşu üzərində çalışaraq irəlilədə bilərsiniz. 

BBC German – Başlanğıc səviyyə və məktəb səviyyəsi üçün Almanca sözlər və videolardan ibarət vebsayt. 

GermanPod101 – Pulsuz bir hesab açın və 200 milyona yaxın Alman dili öyrənmək üçün material əlinizin altında olsun. 

German – Hələ inkişaf etdirilmə mərhələsində olsa da, bu kitab Alman dili öyrənmək üçün olduqca yaxşı bir mənbədir. 

One World Dictionary – Bu proqram İspan, Fransız, Alman və İtalyan dilindən 100.000 sözü tərcümə etmənizə kömək edəcəkdir. 

Learn German with busuu – Android telefonlar üçün populyar Alman saytının sözlər, mövzu başlıqları və imtahanlardan ibarət tətbiqi.. 


    Almanca öyrənmək üçün youtube kanalları


Germanpod – Almanca bir çox videonun mövcud olduğu bu youtube kanalı, öyrənməyi sevən hər kəsin işinə yarayacaqdır. 

Deutsch Online Lernen – 21 videonun olmasına baxmayaraq bu kanal da Alman dilini öyrəndiyiniz müddət ərzində sizin üçün faydalı olacaqdır. 

Deutsch Fuer Euch – Digər kanallarla müqayisədə ən çox video bu kanalda mövcuddur. Digər kanallarda bir neçə video çəkilib, davam etdirilmədiyi üçün sizin üçün ən faydalı kanal bu olacaqdır.