Bu dəfə sizə maraqlı faktlarını təqdim edəcəyimiz ölkə Almaniyadır.
Almaniya Avropada ən çox əhalisi olan ölkədir. Əhali sayı 82 milyon nəfərdir.
Hər zaman adını xəbərlərdə eşitdiyimiz Avropanın Mərkəzi Bankı Almaniyanın Frankfurt şəhərində yerləşir.
Almaniyanın paytaxt şəhəri Berlin çox insanın səyahət etmək arzusunda olduğu Paris şəhərindən 9 dəfə böyükdür.
Ölkədə 400-ə qədər zoopark vardır. Dünyada ən böyük zoopark da burada yerləşir. Berlin zooparkı dünyanın ən böyük 10 zooparkı siyahısında yer almışdır.
Magistral yolların 65%-ində sürət limiti yoxdur. Bununla belə çox qəzalar qeydə alınmır. 🙂
Avropada ən böyük qatar stansiyası Berlindədir. Berlin haqqında daha bir fakt məşhur Berlin divari 1989-cu ildə dağıdılıb.
Almaniyada sillə vurulmasına görə cərimələnə bilərsiniz. Özü də nə az nə çox 500 avro.
Almaniyada ən məşhur içki pivə, ən məşhur idman növü futboldur.
İlk kitab Almaniyada çap olunub. Alman alimi Quttenberq 1445-ci ildə çap üsulu ilə ilk kitabını nəşr etdirib.
Dünyada 100 milyondan çox insan alman dilində danışır. Bu dil dünyanın ən çox öyrənilən 3-cü dildir. Alman dili 5 ölkənin rəsmi dilidir: Almaniya, İsveçrə, Avstriya, Lüksenburq və Lixtenşteyn. Həmçinin Şimali İtaliyada və Fransada yerləşən Elzas və Lotaringiyada da alman dilində danışırlar. Dünyanın ən uzun sözü də alman dilinə məxsusdur – Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaft (79 hərf).
2009-cu ildə 102 alman “Nobel Mükafatı” laureatı olub. Məşhur filosoflar Nietzsche, Marx, Kant və Hegel almandırlar. Dünya şöhrətli fizik Enstein də Almaniyanın Ulm şəhərində doğulmuşdur.
2005-ci ildə dünyada külək enerjisinin 35%-i Almaniya tərəfindən istehsal olunub. Almaniyanın şimalında 20 mindən çox külək turbinləri var. Onların ən hündürünün uzunluğu 200 metrdir.