1. Almaniyada olan polis avtomobillərinin əksəriyyəti “Mersedes” markasıdır.

    2. Almanlar qurudulmuş balığın mövcudluğundan uzun müddət xəbərsiz idilər. Hal-hazırda isə qurudulmuş balıqdan çəkinirlər və ona qorxu ilə yanaşırlar.

    3. Almaniyada işləməyib sosial yardımla yaşamaq olar, lakin sosial yardımla yalnız ən zəruri ehtiyaclarınızı ödəyərək kasıb şəraitdə yaşaya bilərsiniz.

    4. Alman dili dialekti  bölgələrə görə kəskin fərqlənir. Hətta elə olur ki, şimal əhalisi ilə cənub əhalisi bir-birini anlamırlar.

    5. Başqasına vurulan şapalağa görə cərimənin məbləği 500 avrodur.

    6. Əgər kimsə, sizə hücum edib zərbə yetiribsə, sizi tərəfinizdən əks zərbə 1 san ərzində qaytarılmalıdır. Əks halda məhkəmə sizi günahlandıracaq.

    7. Almaniyada baş verən cinayətlərin 80%-i xaricilər tərəfindən həyata keçirilir.

    8. Almaniyada kirayə haqqını ödəməyən kirakeşi heç kəs zorla evdən çıxardıb çöldə qoya bilməz.

    9. Almaniyada kirayə mənzillərdə yaşamaq normal hal sayılır. Əhalinin ¾ hissəsi kirayə mənzillər tutur, hətta ən təmin olunmuş insanlar belə.

  10. Almaniyada evin, əşyanın təmiri o qədər bahadır ki, təmirin əvəzinə yeni əşya almaq daha sərfəlidir.

  11. Alman uşaqlarına hələ baxçada olarkən İkinci Dünya Müharibəsinə görə günahkarlıq hissi yeridilir.

  12. Almaniyada uşaqlara hər şey icazə verilir. Tamamilə hər şey! Bir tərslik olsa, valideynlər cavabdeh olur. Valideynlər yoxdursa, heç kim cavabdeh olmur və buna uşaq heç vaxt tənbeh edilmir.

  13. Almaniyada olduqca keyfiyyətli pivə istehsal olunur və pivə çeşidləri rəngarəngdir.

  14. Bavariyada iş saatı müddətində hər bir işçiyə 1 fincan pivə içməyə icazə verilir.

  15. Almaniyada bomjlar it saxlayırlar. İtlərin saxlanmasına görə onlara maddi mükafat verilir.

  16. Almaniya qanunvericiliyində faşist jestikasına uyğun salamlaşmaq rəsmən qadağandır.

  17. Almanlar öz sağlamlıqlarına və qidalarına olduqca ciddi yanaşırlar.

  18. Almaniyada cinsi azlıqlara normal yanaşılır və onlar heç bir təzyiqlərə, ayrıseçkiliklərə məruz qalmırlar.

  19. Alman qadınları son dövrlərə kimi kosmetikadan istifadə etmirdilər. Baxmayaraq ki, turist qızların rəngarəng görünüşü onları kosmetikadan istifadə etməyə vadar etmişdir, onlar hələ də Avropada ən çirkin qadınlar hesab olunurlar.

  20. Almanlar Avropada ən qənaətcil, hətta simic insanlardırlar.

  21. Almaniyada dövlət qulluqçuları ictimai vergilərdən azaddırlar.

  22. Almaniyada heyvanlarla rəftara ciddi nəzarət olunur. Əgər heyvan sahibi heyvanı ilə kobud rəftar edərsə, heyvanı onun əlindən alırlar.

  23. İş yerinin dəyişməsinə görə almanlar tez-tez depressiyaya düşürlər.

  24. Almaniyada piyada keçidindən gözü yumulu keçmək olar.

  25. Küçədə yerə atılan zibilə görə cərimə 20 avro məbləğindədir. Bunula belə, almanlar olduqca təmizkardırlar və hətta küçədə təsadüfi zibil gördükdə onu götürüb zibil qabına atmaqda tənbəllik etmirlər.

  26. Alman mətbəxi dadlı yeməklərlə seçilməsə də, doyumlu və sağlam xörəklər alman mətbəxinin əsas özülüdür. Əsasən kartof, kələm və donuz ətindən çox istifadə olunur.

  27. Almaniyada “zəruriyyət”  hesab olunan hər bir şey ucuzdur. Əksinə olaraq dəbdəbəli və kaprizli əmtəələr olduqca bahalıdır.

  28. Almanlar olduqca sentimentaldırlar.