(Şəkildə beynin qırmızı rəngdə olan hissəsi Alsheymer xəstəliyi nəticəsində beyin hüceyrələrinin məhv olmasını göstərir)



Alsheymer xəstəliyi tədricən insanın yaddaşını, düşüncəsini və şəxsiyyətini məhv edir. Bu xəstəlik əsasən 65 yaşdan yuxarı olan insanlarda rast gəlinir. Yaşı 85 və ondan yuxarı olan insanların isə bu irəliləyən degenerativ xəstəliyə tutulma ehtimalı daha yüksəkdir. Bu xəstəlikdən ABŞda 5 milyon, bütün dünyada isə 44 milyon insan əziyyət çəkir. 

Alsheymer xəstəliyinin erkən simptomları bunlardır: vacib məlumatları xatırlamamaq, yenicə öyrənilən informasiyanı unutmaq, yolunu çaşmaq və əşyaları qəribə yerlərə qoymaq. Bu simptomlar, xəstəliyin yüngül, orta və ağır keçməsi ilə intensivləşir və ağır mərhələ ölüm ilə başa çatır. Tədqiqatlar artdıqca, yeni terapiyalar və diaqnostik testlər xəstələrə və ailələrinə bu çətin nevroloji xəstəliyi idarə etməkdə kömək edə biləcəkdir.



1. Alsheymer xəstəliyi adətən digər xəstəliklər nəticəsində meydana gəlir.

Timothy Hohmanın sözlərinə görə bir çox Alsheymer xəstələrində daha əvvəl ürək-damar problemlərinin olduğu ortaya çıxmışdır. Tədqiqatçılar isə indi Alsheymer xəstəliyi barədə fərqli düşünür. 2015-ci ilin tədqiqatları göstərir ki, bəzi ürək-damar xəstəlikləri də həmçinin Alsheymerin amilləri ola bilər və xəstəlik hətta 50 yaşdan aşağı insanlarda da rast gəlinə bilər.



2. Alsheymer şəkərli diabetin üçüncü növü adlandırıla bilər.

Paul Schulzun sözlərinə görə, kəmağıllılıq mütəxəsisləri Alsheymeri “diabetin 3-cü tipi adlandırırlar”. Doktor Şults deyir ki, bizim qan şəkərimizi azaldan fermentlər həmçinin amiloidinin (həmin zülalın bir çox əlamətləri beynin Alsheymerlə bağlı hissəsinə aiddir) səviyyəsinin azalmasına səbəb olur. Fikirləşin ki, bunlar qanda yüksək olan şəkəri azaltmaqla yanaşı amiloidin səviyyəsini də aşağı salırlar.



3. Alsheymer xəstəliyi kəmağıllığın iki geniş növündən biridir.

Ahıllarda kəmağıllığın yaranmasının iki əsas səbəbi var: insulta səbəb olan qan dövranı problemləri və beyni formalaşdıran hüceyrələrin zədə alması. Tarixən elm adamları tərəfindən Alsheymerin beyinə oksigen çatmamasının nəticəsində yarandığı düşünülürdü. Doktor Hohmanın sözlərinə görə isə beyinə xidmət edən kiçik damarlarda oksigen aclığı Alseymerin yaranma səbəbi ola bilməz. Çünki bu xəstəlik özündə daha çox kəmağıllığın səbəblərini birləşdirir.



4. Bəzi risk faktorlarını dəyişə bilərsiz.

Bu xəstəliyin sizin həyat tərzinizlə bağlı olan və nəzarət edə biləcəyiniz risk faktorları mövcuddur. Siqaret çəkmək, yüksək xolesterollu qidalar yemək və yüksək qan şəkəri ən başlıca risk faktorlarındandır. Bunlardan əlavə qəzalar nəticəsində alınan kəllə-beyin travmaları da bu xəstəliyin yaranması üçün ən təhlükəli səbəbdir.

Yəni “Sürücülər təhlükəsizlik kəmərini bağlamaqla, velosiped və ya xizək sürənlər şlem taxmaqla, belə zədə risklərini azalda bilərlər”. “Əgər biz hamımız arıqlasaq, qan təzyiqimizi tez-tez yoxlasaq, qanda şəkəri və xolesterolun miqdarını aşağı sala bilsək, fiziki və psixi sağlamlığımız üçün idman hərəkətləri etsək, bunların hamısı Alsheymer xəstəliyinə tutulma ehtimalımızı əhəmiyyətli dərəcədə aşağı sala bilər



5. Bəzi risk faktorlarını isə dəyişmək mümkün deyil.

Qocalmaq həyatın qanunudur ki, bu da Alsheymer xəstəliyi üçün ən böyük risk amilidir, biz qocalanda xəstəliyin riski 5 dəfə artır. Bizim genlər də bizim nəzarətimiz xaricindədir və Apoe (genin 3 formalarından biri) kimi tanınan apolipoprotein geninə irsən sahib olmaq, gənc yaşda Alsheymer xəstəliyinin başlanması üçün böyük təhlükə deməkdir.



6. Alüminium qab-qacağın istifadəsi Alsheymer xəstəliyinə səbəb olur.

Şults qeyd edir ki, bir çox şayiələr Allsheymerin səbəbləri ilə bağlı fərqli risk faktorlarını ortaya qoyur. Bunlardan biri də, alüminium qablardan istifadə etməkdir ki, Şults bunun heç bir halda doğru olmadığını deyir.



7. Müalicəsi yoxdur.

Alsheymer xəstəliyinin müalicə üsullarının olmadığını nəzərə alsaq, hal hazırda ən yaxşı müalicə Alsheymer xəstəliyinin qarşısını almaqdır və risk faktorlarının qarşısının alınması bu xəstəliyə düçar olmamağın ən yaxşı yoludur. Xohman qeyd edir ki, son tədqiqatlarda monoklonal antitellər adlı molekul növü xəstəliyin gedişində bəzi insanlar üçün çox müsbət effektlər göstərmişdir, amma ümumilikdə, müalicə şəkli natamam qalmaqdadır.