21 mart Dünya Daun Sindromu günü kimi qeyd olunur. Bu gün 2006-cı ildən etibarən təqvimə daxil edilib və bunun təşəbbüskarlığı 6-cı simpozium iştirakçıları tərəfindən irəli sürülüb. Martın 21-nin seçilməsi isə təsadüfi deyil. Beləki, bu rəqəmlər Daun sindromunun simvolik işarəsidir: 21-ci cüt xromosomun trisomiyası. Normalda 21-ci xomosomun iki kopiyası olursa, Daun sindromu kimi genetik xəstəlikdən əziyyət çəkən insanlarda bu rəqəm 3-dür. Xəstəliyin aşkar edilməsi ingilis həkimi Con Lenqton Dauna aiddir və onun adını daşıyır. C.L.Daun xəstəliyi psixi pozğunluğun, xəstəliyin bir forması kimi göstərmişdir. Müəyyən müddət sonra isə xəstəlik daha dəqiq araşdırılaraq, onun genetik pozğunluğun nəticəsi olduğu aşkar olmuşdur. Bu araşdırma Jeron Lejana aiddir. Maraqlısı budur ki, xəstəliyi ilk aşkar edən həkim, C.L. Daun xəstəliyi “monqolizm” adlandırırdı. Beləki, həkim xəstələrin üz quruluşunu monqol millətinin üzvlərinin üz quruluşuna bənzədirdi, lakin Beynəlxalq Səhiyyə Təşkilatı Monqolustan mütəxəssislərinin müraciətindən sonra bu adlandırmanı ləğv edərək, həkimin öz adını xəstəliyə verir. Daun sindromu dünyada ən çox yayılmış genetik patologiyalardan biridir. Xəstəlik dünyanın bütün regiolarında, valideynlərinin həyat səviyyəsindən asılı olmayaraq geniş yayılıb və bu genetik anomaliyanın yaranma səbəbi hələ də dəqiq aşkar olunmayıb, lakin müşahidələr zamanı aydın olmuşdur ki, Daun sindromlu uşaqların doğulması ananın yaşından bir qədər asılı olur. Beləki, 35 yaşdan yuxarı qadınların hamiləliyi zamanı Daun sindromlu uşaq dünyaya gətirmək riski artır. Diaqnostikanın inkişafı sayəsində Daun sindromu hələ uşaq ananın bətnində olarkən aşkar edilə bilir. Hamiləliyin ilk trimestrində aparılan analiz və müayinələr zamanı əksər hallarda xəstəliyin mövcudluğun qabaqcadan aşkar etmək mümkün olsa da, müayinələrin nəticələri həmişə 100%-lik nəticə vermir. Daun sindromlu körpə dünyaya gətirəcəklərindən xəbərdar olan valideynlərin 85%-i hamiləliyi süni yolla dayandırır, doğulan uşaqların çoxundan isə elə doğum evində imtina edirlər
Author: Azalia