Alkoqol haqqında bəzi maraqlı məlumatlar

Bloq By Bildirchin Posts ·

Alkoqolun bədənimizə müxtəlif təsirləri var. Bu təsirlər faydalı və ya zərərli ola bilər. İndi isə alkoqol haqqında bilməli olduğunuz bəzi məlumatlardan bəhs edəcəyik.

- Əgər 2 insanın bədənindəki su miqdarı çoxdursa, o zaman eyni miqdarda qəbul edilmiş alkoqol fərqli təsir edəcəkdir. Bədənindəki su miqdarı çox olan insanın sərxoş olma ehtimalı aşağıdır.

- Əzələlər yağlardan daha çox su tutur. Bu səbəblə, əzələ kütləsi çox olan insanlar daha az sərxoş olur.

- Alkoqol bədəndəki su səviyyəsini azaldır.

- Bir böyük qədər şərab 180 kaloridir. Yarım litr pivə isə 215 kalori.

- Alkoqol daha çox yeməyə səbəb olur.

- Yemək yedikdən sonra alkoqol qəbul etsəniz, bu zaman onun qana qarışmasının qarşısını alacaqsınız. Yemək mədəni astarlayır və alkoqolun incə bağırsağa keçməsinin qarşısını alır.

- Qırmızı şərab, tərkibindəki polifenollar sayəsində ürək üçün xeyirlidir. Damarların genişlənməsinə və təzyiqin aşağı düşməsinə səbəb olur.

- Şərab nə qədər tünddürsə, tərkibindəki polifenol o qədər çoxdur.

- Bir qədəh şərabdakı polifenol miqdarı: 1 ovuc qoz (24 qram) 25 qram acı şokolad (70% kakao olanlardan) 1.5 ədəd alma 360 ml çay 158 qram badam Bu qidalarla eyni miqdarda polifenola sahibdir.

- Alkoqol gecənin ilk yarısında tez və dərin yuxuya getməyinizə səbəb olur, lakin ikinci yarısında daha yüngül yuxu yatmağınıza gətirib çıxaracaqdır.

Mənbə: Netflix, The truth about alcohol

Author: Lala Aliyeva