Dünyanın ən qəribə faktları!

Bloq By Bildirchin Posts ·

Dünyanın ən qəribə faktlarından bəzilərini sizin üçün bir yerə topladıq: *Dünya əhaləisinin 70%-ı ömründə heç vaxt çevirərək yığılan telefonların səsini eşitməyib. *Keniyada bir ailənin gəlirinin üçdə bir hissəsi rüşvətə gedir. *Braziliyada manken qadınların sayı orduda olan əsgərlərdən daha çoxdur. *Hər gün dünya əhaləsinin 15%-ı ac qalır. *150-dən çox ölkədə hələ də işgəncə var. * Dünyanın üçdə bir hissəsi müharibə şəraitindədir. *Siqaret çəkənlərin 82%-ı inkifaş etməkdə davam edən ölkələrdə yaşayır. *Yaponiyalı bir qadın orta hesabla 84 il, Botsvanalı bir qadın isə orta hesabla 39 il yaşayır. *Afrikada 30 milyon insan AİDS xəstəliyinə yoluxub. *Silahlı qarşıdurmaların dörddə bir hissəsi təbii sərvətlər səbəbi ilə olur. *ABŞ-da hər həftə orta hesabla 88 şagird məktəbə silahla gəlir. *Hər il 10 danışıq dili məhv olur. *Dünyada ən az 300 min fikir günahkarı var. *İntiharla ölənlərin sayı, qarşıdurmalarda ölən insanların saylarından daha çoxdur. *Adi bir ingilis vətəndaşı gündə təxminən 300 dəfə təhlükəsizlik kameralarında görünür. * Silahlı qarşıdurmalarda 300 min azyaşlı əzgər vuruşur. * İngiltərədə 2001-ci ildə keçirilən prezident seçkilərində 26 milyon nəfər, “Pop İdol”un ilk sorğusunda 32 milyon nəfər səs verib. *ABŞ dövləti ildə 10 milyard dolları zərərli nəşriyyata xərcləyir. *ABŞ dövləti silahlı qüvvələrə “quldur ölkə” elan etdiyi 7 ölkədən 33 dəfə daha çox pul xərcləyir. *Dünyada 27 milyon kölə var. *Amerikalılar çöp qutularına bir saat ərzində 2.5 milyon plastik şüşə atırlar, yəni hər üç həftədə atdıqları plastik şüşələrlə Aya çatmaq olar. *Yoxsul ailə uşaqlarının psixoloji problem yaşama ehtimalı, varlı ailələrin uşaqlarından 3 qat daha çoxdur.

Author: Stormangel