«Fantastic Beasts: The Crimes of Grindelwald» bu payızda böyük ekranlara çıxacaq. Xoşbəxtlikdən trailerə artıq baxa bilərik! Warner Bros. çarxı 21 və 22 iyul tarixində San Dieogoda keçirilən Comic-Con festivalında nümayiş etdirdi.
Süjet xəttinin mərkəzində cadugər Gellert Grindelwaldı görürük. Bu qara qüvvəni zərərsizləşdirməyə kimin cəsarəti çatar sizcə? Təbii ki, zooloq Newt Scamander və ... Albus Dumbledoreun. Bəli, bəli! Potteriananın ilk hissələrindən tanıdığımız həmin o Professor Albus Dumbledore!
Bu qədər spoiler kifayətdir! İndi isə, deyin görək, 16 noyabr tarixini gözləyən neçə nəfərik? ;)
Author: Pusta