Sifariş etdiyiniz maskaların kimya dolu tərkbini oxuduqdan sonra təbii vasitələrə üstünlük vermək qərarına gəldinizsə, bu məqalə sizin üçündür. Hər zaman soyuducumuzda olan təbii vasitələrlə istədiyimiz nəticələri asanlıqla əldə edə bilərik. Əsas olan, aşağıdaki maskaları müntəzəm olaraq etməkdir. Başlayaq!
İltihablara qarşı maska
Ərzaqlar:- 1 banan
- 1 x. q. yoqurt
- 1 ç. q. soda
Bananı sıyıq halına gətirib, üzərinə soda və yoqurtu əlavə edin. Alınan kütləni üz dərinizə tətbiq edin. 10-15 dəqiqə saxlayın, yuyun. Bananın tərkibində olan faydalı maddələr sakitləşdirici təsir göstərəcək.
Məsamələrin genişlənməsinə qarşı maska
Ərzaqlar:- 2 x. q. yoqurt
- 1 ç. q. коsmetik gil
- 1/2 ç. q. bal (istəyə görə və allergiya yoxdursa)
Quru dəriyə qarşı maska
Ərzaqlar:- 1/2 yetişmiş avokado
- 1 x. q. süd
- 1 x. q. bal
Əzilmiş avokado, süd və balı qarışdırın. Üz dərisinə tətbiq edin və 10-15 dəqiqə gözlədin. İlıq su ilə yuyun. Avokado sağlam yağlar ilə zəngin olduğu üçün dərini nəmləndirəcək və bonus olaraq sızanaqların yaranmasının qarşısını alacaq. Bundan əlavə uzun müddət günəş şuaları altında qaldıqdan sonra da bu maskadan istifadə edə bilərsiniz.
Göz altı torbalara qarşı maska
Ərzaqlar:- 1 ç. q. qəhvə telvəsi
- 1 çimdik üyüdülmüş qara istiot
- 1/4 ç. q. əridilmiş kokos yağı
Bütün ərzaqları qarışdırıb, təmiz gözaltı dərisinə tətbiq edin. 5-10 dəqiqə saxlayın, masaj edərək ilıq su ilə yuyun. Tərkibindəki kofeinin köməyi ilə maska qan damarlarını daraldacaq və şişlərin, qara torbaların yaranmasının qarşısını alacaq.
Yağlı dəri görüntüsünə qarşı maska
Ərzaqlar:- 1/2 orta ölçülü kartof
- 1 ç. q. limon
Author: Pusta