Hər gün 1 alma yesək nə baş verəcək?

Bloq By Bildirchin Posts ·

Yerin cazibə qanunun kəşf edilməsinə təkan olan meyvə sağlamlıq üçün olduqca faydalıdır. Elmi araşdırmalar göstərmişdir ki, hər gün 1 alma yesəniz:

Almanın qabığında güclü bir antioksidant mövcuddur. Kversetin kimi tanınan bu antioksidant beyin hüceyrərini qorumaqda C vitaminindən belə effektivdir. Yəni, hər gün bir alma ilə yaddaşınızı gücləndirəcək və nevroloji xəstəliklərin yaranmasının qarşısını almış olacaqsınız.

Bəli, almanın tərkibində çox miqdarda olan flavonoidlər, xərçəngə səbəb olan azad radikalları deaktivləşdirir və döş, bağırsaq, qaraciyər xərçəngini önləyir.

Meyvənin tərkibində olan liflər, arteriyaları artıq xolesterindən təmizləyir və ürək-damar xəstəliklərinin yaranmasına əngəl olur.

Tərkibində olan pektinin köməyi ilə alma orqanizmi ağır metallardan təmizləyir və şəkərin miqdarını tənzimləyir.

Wageningen Universitetinin apardığı araşdırmalar göstərmişdir ki, alma yeyən insanlar digər insanlardan fərqli olaraq instult keçirmə təhlükəsi ilə üz üzə qalmır.

Alma ishal və qəbizlik problemlərini aradan qaldırır, babasil və diverkulitin qarşını alır, çünki hər bir alma dilimində 5 qram lif vardır.

Almanın yağları yandırdığını iddia etmək tamamilə yalnış olar, lakin alma, bütün pəhrizlər üçün əvəzolunmazdır. Az kalorili olmasına baxmayaraq, alma uzun müddət tox saxlayır.

Tərkibində fosfor olduğu üçün alma sakitləşdirici təsir göstərir və yuxusuzluqla mübarizə aparır.

Təbii diş fırçası sayılan alma ağız boşluğunu bakteriyalardan təmizləyir, kariyesin yaranmasını önləyir.

Hər kəsə məlumdur ki, kalsium sümüklərin əsas ehtiyaclarından biridir. Alma isə kalsium ilə yanaşı, həm də minerallar ilə zəngindir.

Author: Pusta