Fotoşəkil 1985-ci ildə National Geographic jurnalının üz qabığı seçiləndən sonra, bu fotoşəkil jurnalın tarixi boyu ən populyar üz qabığına çevrilir. Həmin andan etibarən Stiv Mak-Karri hər gün saysız hesabsız zənglər, məktublar alır. Bir çoxları bu qızcığazın həyatı ilə maraqlanırdı.
Lakin, 17 il müddətində qaçqın düşmüş qızın taleyi naməlum qalır. Yalnız, 2001 –ci ildə taliban rejimi devriləndən sonra National Geographic Stiv Mak-Karri başda olmaqla Əfqanıstana axrarış komandası göndərir. Beləliklə, uzun müddət naməlum qalan əfsanəvi qaçqın qız tapılır. Şərbət Qula adlı həmin qız tapılanda artıq o, 30 yaş civarında idi.
Şərbət Qula özünün məşhurluğundan xəbərsiz idi, lakin qaçqın düşərgəsindəki həmin anları yaxşı xatırlayırdı. Qadın jurnalistlərə artıq 1992-ci ildə vətəninə döndüyünü, ailəyə və 3 uşağa sahib olduğunu anlatmışdır. Şərbət Qulanın ən böyük arzusu öznünü tamamlaya bilmədiyi təhsili uşaqlarına tam verməkdir.
Author: Azalia