Bəzilərinin görünüşcə olduqca şirin göründüklərinə baxmayaraq bəzi ölkələrdə qadağan olunmuşlar.
Wolf Dog - Yarı qurd, yarı it olduğu üçün bəzi vəziyyətlərdə qurd kimi reaksiya verərək vəhşiləşə bilir. Qadağan Olunduğu Ölkə: Norveç
Dogo Argentino - Qadağan olunma səbəbi it döyüşlərində çox istifadə olunmasıdır. Qadağan Olunduğu Ölkə: Avstraliya, Yeni Zellandiya, Portuqaliya və bir çox Avropa ölkəsi
Napoliten Mastiff - Roma İmperatorluğunda qladiator olaraq döyüşdürülmüşdür. Günümüzdə zəbt edilməsi çətin olduğu üçün qadağan olunmuşdur. Qadağan Olunduğu Ölkə: Sinqapur və Ruminiya
Bandog - Döyüşlərdə istifadə olunduğu və hücum anında ön xəbərdarlıq (hamıldamaq) etmədiyi üçün qadağan olunmuşdur. Qadağan Olunduğu Ölkə: İngiltərə
Amerikan Bulldogu - ABŞ'da tarlaları yaban donuzlarından qorumaq üçün istifadə olunur. Qadağan Olunduğu Ölkə: Sinqapur, Danimarka və bir çox Avropa ölkəsi
Presa Canario - Kökləri tamamilə evcil deyildir və görünüşlərindən daha sərt və aqressivdirlər. Qadağan Olunduğu Ölkə: Avstraliya və Yeni Zellandiya
Boerboel - Cənubi Afrikada kənd evlərini leopard və çitalardan qorumaq üçün istifadə olunur. Qadağan Olunduğu Ölkə: Danimarka
Japon Tosa Inu - Dominant olmayan insanlara hökm etməyə çalışa bilər və sadəcə üzərində dominant ola bilən sadəcə bir insana itaət edərlər. Qadağan Olunduğu Ölkə: Danimarka, Norveç və bir çox Avropa ölkəsi
Fila Brasileiro - Yad insanlara qarşı həddindən artıq aqressiv olan bir xasiyyətə sahibdirlər. Qadağan Olunduğu Ölkə: İngiltərə
Amerikan Pitbull Teriyeri - Keçmişdə müharibələrdə, indi isə it döyüşlərində istifadə olunur. Qadağan Olunduğu Ölkə: Amerikada bir çox əyalət, Kanada və bir çox Avropa ölkəsi
Author: Tarlanqizi