Pul nədir? Pulun iqtisadiyyatda rolu

Bloq By Bildirchin Posts ·
Pul nədir? İlk baxışdan sual qəribə görünə bilər. Siz milyarder Bil Qeytsin maddi durumu haqqında oxuyarkən, söhbətin nədən getdiyini çox gözəl başa düşürsünüz. B.Qeyts o dərəcədə varlıdır ki, praktiki olaraq istədiyi hər bir şeyi ala bilər. Bu mənada pul ifadəsi sərvəti bildirmək üçün istifadə edilir.

Buna baxmayaraq iqtisadçılar bu sözü daha konkret mənada işlədirlər: pul - insanların mal və xidmətləri digər fərdlərdən əldə etmək üçün müntəzəm istifadə etdikləri aktivlərin cəmidir. Portmanetnizdə olan nəğd pul ona görə puldur ki, siz onu restoranda naharın ödənilməsi və ya geyim mağazasında köynəyin əldə edilməsi üçün istifadə edə bilərsiniz. Əgər sizə Bil Qeytsin   hazırda sahibi olduğu Microsoft korporasiyasının səhmlərini əldə etmək nəsib olarsa, varlı adam olacaqsınız, lakin bu vəsaitləri pul kimi nəzərdən keçirmək mümkün olmayacaq. Səhmlərin bir hissəsini nəğd pula çevirməyənədək, siz səhmlərin vasitəsi ilə naharın və ya köynəyin haqqını ödəyə bilməyəcəksiniz. Iqtisadçıların tərifinə müvafiq olaraq pullara maddi dəyərlərin yalnız elə  növləri aiddir ki, onlar mal və xidmətlərin əvəzində satıcılar tərəfindən daim qəbul edilir.

İqtisadiyyatda pul 3 funksiyanı yerinə yetirir. Tədavül vasitəsi, dəyər ölçüsü və yığım vasitəsi. Bu 3 funksiyanın vəhdəti pulları aktivlərin digər növlərindən fərqləndirilir.

Hər aktiv növünün iqtisadiyyatda qəbul olunmuş tədavül vasitəsinə çevrilməsinin asanlıq dərəcəsini müəyyən etmək üçün iqtisadçılar pula çevrilə bilmə (likvidlik) anlayışından istifadə edirlər. Iqtisadiyyatda pul tədavül vasitəsi rolunu yerinə yetirdiyi üçün o, aktivlərin daha likvid növü sayılır. Başqa aktivlərin likvidliyi müxtəlif ola bilər. Səhm və istiqrazların əksəriyyəti istənilən anda az bir məsariflərlə satıla bilər, buna görə  onlar nisbi likvid aktivlərdir. Əksinə, evin, X.Rembrantın əsərinin və ya Dima Çounun iştirakı ilə 1948-ci il beys-bol oyunu proqramının satışı böyük vaxt və qüvvə sərf olunmasını tələb edir, buna görə belə aktivlər aşağı likvidli olanlara aid edilir.

Adamlar öz maddi sərvətlərini hansı şəkildə saxlanmağın əlverişli olduğu haqqında qərar verərkən faydasız vəsait qoyuluşlarından yayınmaq üçün saxlanmanın hər bir mümkün variantının likvidliyini ölçüb-biçmə­lidirlər. Pul-aktivlərin ən likvid növüdür. Buna baxmayaraq yığım vasitəsi rolunda onlara əsaslı çatışmazlıq xasdır. Iş burasındadır ki, mallara qiymətin artdığı şəraitdə pulun qiyməti düşür. Başqa sözlə: mal və xidmətlər bahalanırsa, döşəyimizin alıtndakı hər bir dollar çəkisini itirir.

Qiymətlərin səviyyəsi və pulun dəyəri arasındakı bu əlaqə iqtisa­diyyatda pulun rolunu başa düşmək üçün son dərəcə vacibdir.

Daxili dəyərə malik  olan əmtəə pul rolunda çıxış etdiyi hallarda o, əmtəə pulları adlanır. Daxili dəyər anlayışı və pullar, hətta  pul kimi istifadə  edlmədikdə belə  dəyərə malik olan pullara  aid edilir.

Daxili dəyərdən məhrum olan pullar dekretləşmiş və ya kağız pullar  adlanırlar. Onların adı (fiat money) fiat sözündən olub, dekret-fərman deməkdir, belə ki,kağız pullar tədavülə hökumət sərəncamı ilə buraxılır. Nümunə üçün portmonetinizdə olan və Amerika hökumətinin sifarişi ilə çap olunmuş kağız dollarla inhisar oyununda istifadə  olunan (Parker Brathers Game şirkəti tərəfindən çap olunmuş) kağız dollarları müqayisə edin. Nə üçün yalnız birincilər restorandakı hesabınızı ödəmək imkanını verir? Bu sualın cavabı belədir: ABŞ hökuməti öz dollarını qanuni ödəmə vasitəsi elan edib. Partmanetimizdəki hər bir dolların üzərində belə bir qeyd vardır: «verilən banknot bütün dövlət və özəl öhdəliklərin ödənil­məsində qanuni ödəmə vasitəsidir».

Kağız pulların buraxılmasında və tədavülündə əsas rolu hökumət oynasa da (məsələn, saxta pul kəsənləri cinayət qaydasında təqib edərək)belə pul sisteminin uğurlu fəaliyyəti üçün bəzi başqa amillərin olması da tələb edilir. Kağız pullara münasibət  xeyli  dərəcədə   əhalinin əhval-ruhiyyəsi və gözləmələrindən, həmçinin hökumətin işindən asılıdır. 1990-cı illərin əvvəllərində SSRI hökuməti rubldan milli valyuta kimi istifadə etməkdən imtina etmirdi. Buna baxmayaraq Moskvada mal və xidmətlərin mübadiləsində siqaretləri (və ya Amerika dollarını) almağa üstünlük verirdilər, çünki əhali rubla deyil, alternativ pullara etibar edirdi.

Author: Xeyale Gozelova