Sərt deyilmiş atalar sözləri (10-cu hissə)

Bloq By Bildirchin Posts ·

  1. Qoca ayrı, qocaman ayrı.   2. Qoca qurd yuvasından əl çəkməz.   3. Qoca öküzü öldürmək olar, öyrətmək olmaz   4. Qoca tülkü tora düşməz.   5. Qocaya gedən quyruq yeyər, cavana gedən gedən yumruq yeyər   6. Qoldan tutan azdır, yaxadan tutan çox.   7. Qonşu iti qonşuya hürməz   8. Qonşu qonşuya baxar canını oda yaxar   9. Qonşu qonşu ilə boğuşdu, qaraçıya fürsət düşdü 10. Qonşu muncuğun oğurlayan gorda taxar. 11. Qonşum qonşu olsa, kor qızım ərə gedər 12. Qorx qorxmazdan, utan utanmazdan 13. Qorx Tanrıdan qorxmayandan 14. Qorxaq it uzaqdan hürər, yaxından quyruq bular 15. Qovanın gücü varsa, qaçanın da Allahı var 16. Qoyun da keçi ayağına gedərmiş 17. Qoyun deyir: məni çək xarabalığa, çəkim səni abadlığa 18. Qoyun quzusunun ayağını tapdalamaz. 19. Qoyunun yaxşısı gedib, keçi qalıb, adamın yaxşısı gedib, bici qalıb 20. Quduran gedər, gicişən qalar. 21. Qudurasan qurbağa, gedir ilan vurmağa 22. Qudurmuş köpəyin ömrü qırx gün olar 23. Qul xatasız olmaz, ağa kərəmsiz 24. Qulluqçudan borc eləmə, ya toyda istər, ya yasda 25. Qulun dediyi olmaz, Tanrının dediyi olur 26. Qurbanı biz elədik, yağış Qaradağa yağdı 27. Qurd qarıyanda köpəyin gülüncü olar. 28. Qurd qonşusun yeməz. 29. Qurd qurda dal çevirməz. 30. Qurd nə bilir ki, qatır bahadır 31. Qurd tükün dəyişər, xasiyyətin dəyişməz. 32. Qurd yırtdığın bilər, udduğun bilməz 33. Qurda qoyun tapşırmaq olmaz. 34. Qurda nə qədər yem ver, yenə gözü meşədədir 35. Qurda sən tikmək öyrət, yırtmaq dədəsi peşəsidir 36. Qurddan qorxan qoyun saxlamaz. 37. Quş qanadı ilə, adam adı ilə 38. Quşa qızıl qəfəs zindandır. 39. Quşun bəzəyi lələkdi, insanın bəzəyi bilikdir 40. Qürbətdə keçən ömür, ömür sayılmaz 41. Quzusuna qıymayan kabab yeyə bilməz. 42. Qurumuş ağacın kölgəsi olmaz. 43. Quru qurbağası dəniz tanımaz. 44. Qurd yuvasından sümük əskik olmaz. 45. Qurd öz örüşündə ac qalmaz

Author: Azalia