MBA (Master of Business Administration), təxmin etdiyiniz kimi çox xərc tələb edən təhsildir. Stanford kimi bir universitetdə MBA proqramı almaq isə həm xərcli, həm də çətin bir işdir. Bunun üçün çox qabiliyyətli olmağımız və təbii ki, Amerikada yaşamığımız lazımdır.
Pulunuz, vaxtınız və ya yaxşı bir təhsilinizin olmadığı üçün Stanford kimi keyfiyyətli bir universitetdə təhsil almaya bilərsiniz, amma bu o demək deyil ki, ordakı təhsildən məhrum qalmalısınız.
Bir neçə ürəyiaçıq Stanford məzunu öz aralarında birləşib ən yaxşı kitabları bizlərlə paylaşmışdır.
Xüsusilə yay mövsümündə oxumaq üçün çox gözəl kitablar olduğunu da vurğulamışlar. Bu yaxşı ürəkli məzunlar niyə bu kitabları seçdiyini açıqlamayıb, amma onlar seçibsə, böyük ehtimalki gözəl kitablardır deyə düşünüb sizinlə paylaşmaq istədik.
Business Model Generation: A Handbook for Visionaries, Game Changers, and Challengers Yazar: Alexander Osterwalder və Yves Pigneur Təklif edən: Alex Lofton, Landed Qurucusu
Good to Great: Why Some Companies Make the Leap ... and Others Do not Yazar: Jim Collins Təklif edən: Nick Karnaze, Stubble & 'Stach CEOi
Walden Yazar: Henry David Thoreau Təklif edən: David Cooper, Karakoram Group Qurucu Tərəfdaş və sədri
Thinking, Fast and Slow Yazar: Daniel Kahneman Təklif edən: David Cooper
Meditations Yazar: Marcus Aurelius Təklif edən: David Cooper
The Hard Thing About Hard Things: Building a Business When There are no Easy Answers Yazar: Men Horowitz Təklif edən: Andy Katz-Mayfield, Harry 's Qurucu Tərəfdaş və CEO
Into Thin Air Yazar: Jon Krakauer Təklif edən: Manoj Leelanivas, Cyphort Başçısı və CEO
This Is Your Brain on Music: The Science of a Human Obsession Yazar: Daniel J. Levitin Təklif edən: Marcelo Camberos, Ipsy Qurucusu və CEO
Bütün bu kitabların İngilis dilində olduğunun fərqindəyik, amma iş dünyası ilə əlaqədar bu qədər keyfiyyətli Azərbaycan dilində mənbə tapmaq qeyri-mümkündür.
İngilis dili bilənlər üçün bu kitablar olduqca faydalı olacaqdır. İngilis dili bilməyənlərə təklifimiz isə bu kitablar üçün olmasa belə, özləri üçün İngilis dilini öyrənmələridir.
Author: Tarlanqizi