Sweet November?

Bloq By Bildirchin Posts ·

Payız günlərində kefimizi açmaq üçün dadlı şirniyyatlara ehtiyacımız olur. Yaxın oturun, asan hazırlanan reseptləri bizimlə yoxlayın!

Fincanda Muffin

Fərqli görünüşə sahib bu desert sevimlinizə çevrilə bilər. Fincanda maffini hazırlamaq çox asandır!

Tərkibi:

Hazırlama qaydası:

Bir qabda un, qəhvə, kakao tozu, şəkər və qabartma tozunu yaxşıca qarışdırın.

Süd, yumurta, yağ və vanilin əlavə edin. Qarışımlar bir birinə yaxşı qarışana qədər qarışdırıb. Axıcı bir az da bərk xəmir əldə edilənə qədər çəngəl ilə yenidən qarışdırın.

Alınan qarışımı yağlanmış fincana tökün, mikrodalğanı yüksək dərəcəyə qədər açın. 90 saniyə bişirin.

Desertimiz hazırdır, vanilli dondurma ilə servis edə bilərsiz.

Şokoladlı toplar

Asan çərəz, həm də gün ərzində enerjimizi bərpa edəcək!

Tərkibi:

Təqdimati üçün:

Kakos - 1 fincan

Hazırlanışı:

Peçenyeləri əlinizlə qırın. Kərə yağını əridin. Şokoladı və şəkəri əlavə edib, qarışdırın. Şəkərin tam əridiyindən əmin olun. Damaq dadına görə şəkəri az və ya çox da edə bilərsiz. Bu qarışıma peçenyeləri əlavə edərək, qarışdırın. Daha sonra xəmir halında olan bu qarışımdan kiçik toplar düzəldin. Kakosa batırıb, qablara düzün.

Qozlu balqabaq şirniyyatı

Yağışlı günlərdə pəncərə qarşısında çayı şirniyyatsız içmək olar? Biz düşünürük ki, olmaz! Balqabaq hər kəsin bəyəndiyi dad deyil, ancaq bu deserti hər kəs bəyənəcək!

Ərzaqlar:

Xəmir üçün:

Bəzəmək üçün:

Hazırlanışı:

Balqabaq doğranılır və şəkər, darçınla birlikdə qaynadıb, əzirik. Daha sonra soyumağını gözləyirik.

Peçenyalar əzilir və ərimiş ev temperaturunda olan kərə yağı ilə qarışdırılır. Daha sonra servis ediləcək qaba əlavə edilir və üzərinə soyumuş balqabağı əlavə edirik. Şantini üzərində yazıldığı kimi hazırlayıb, üzərini bəzəyirik. Zövqümüzə uyğun şəkildə qozları da əlavə edirik.

2 saat soyuducda saxlandıqdan sonra, şirniyyatı nuş edə bilərik!


Yoxlamağa hazırsan? Əgər hazırlasanız şəkillərini mütləq bizimlə paylaşın!

Author: Gunel Yashar