Tükürpədici atılmış məkanlar

Bloq By Bildirchin Posts ·

Zaman keçir, heç nə olduğu kimi qalmır. Bir vaxtlar içində həyat qaynayan məkanlar indi vahimə doğurur.

1. San-Ji, Tayvan.

Kurort xüsusi olaraq yerli milyonçular üçün tikilirdi. Tikiliş gedişatında qəribə hadisələr baş verməyə başladı: işçilərin xüsusi kəmərlərdən istifadə etməsinə baxmayaraq onlar hündürlükdən düşür, kranların altında qalır və ölürdülər. Sakinlər burada qara qüvvələrin olduğundan əmin idi.. 2. Yeni Bedford Orfeum Muzeyi, ABŞ

Muzey 1912-ci ildə açılmış, 1959-cu ildə isə bağlanmışdır.

3. Nara Drimlend Park, Yaponiya

Əyləncə parkı 1961-ci ildə istifadəyə verilmiş, 90-cı illərdə isə maliyyə çatışmamazlığından bağlanmışdır. 

4. Refugio El Salto oteli, Kolumbiya

Möhtəşəm otel 1924-cü ildə qonaqlarını qarşılamağa başlamışdır. Lakin müəmmalı səbəblərdən dolayı burada intihar edənlərin sayı çoxalmış və otel bağlanmışdır. 

5. Hərbi hospital, Almaniya

1-ci Dünya Müharibəsində əsgərlərin müalicəsi üçün istifadə olunan hospitalda 1916-cı ildə Adolf Hitler də müalicə olunmuşdur. 1995-ci ildə hospital tərk edilmişdir.

6. Chi Cheng, Çin

Gördüyünüz şəhərciyin 1341 yaşı var. Şəhərcik hidroelektrik stansiyasının tikilməsi nəticəsində su altında qalmış və batmışdır. 7. San Juan Parangaricutiro kilsəsi, Meksika

1944-cu ildə vulkan püskürməsi nəticəsində eyni adlı kənd yerlə yeksan olsa da, kilsə möcüzəvi şəkildə saf qalmışdır. 

 

Author: Pusta