Uşağın ilk tərbiyə gördüyü ailə mühiti onun varlığına ən dərindən təsir edən ən güclü təhsil və təlim mühitidir. Bir cəmiyyətin ən əhəmiyyətli sualı uşaqlarının necə böyüməsidir; cəmiyyətin gələcəyi bununla formalaşır.
Uşağın yetişdiyi ailə mühitini kobudca ikiyə ayıra bilərik; 1) Uşağı zorbalıq və utancla tərbiyə edən və onu mövcud qəliblərə uyğunlaşdırmağı qarşısına məqsəd qoyan qorxu mədəniyyətinin ailə mühiti; 2) Uşağı anlayış, sevgi və nümunə olaraq inkişaf etdirib onun ola biləcəyinin ən yaxşısı olmasına xidmət edən hörmət və etimad mədəniyyətinin mövcud olduğu ailə mühiti. Demokratik cəmiyyət qorxu mədəniyyəti mühiti olan ailə ilə meydana gələ bilməz.
Uşaq kiçik insandır. Hər uşaq maraqlanmaq instinkti ilə doğulur; sual verməmək ondan asılı deyil. Varlığının meydana çıxardığı təməl duyğu ona, "naməlumluqdan narahat olacaqsan, mənalandırmaq üçün hər şeyi edəcəksən" deyir. Uşaq maraqla öyrəndiklərini bir-biriylə müqayisə edir, birləşdirir. Uşaq öyrəndikcə, anladıqca və sorğulamağa başlayıb daha böyük sistemlər qurmağa başladıqca öhdəsindən gələbiləcəyi yeni həyat təcrübələri axtarmağa başlayır. Həyatın müəyyən bir sahəsini qavrayıb anladıqdan sonra, o sahəyə qonşu olan və hələ aydın olmayan başqa bir təcrübə sahəsini sorğulamağa başlayır və orada da bir sistem inkişaf etdirərək BÜTÜN-ə çatmağa çalışır.
Bəzi ailələr, bəzi cəmiyyətlər uşağın araşdırma hissinə dəyər verir, bunu inkişaf etdirmək istəyir; bəziləri isə bu istiqamətin inkişafından qorxur və maneə törətməyə çalışır. Bu fərqli mövqe fərqli cəmiyyətlər meydana gətirir. Əsəbin tam ziddi şükür duyğusudur. HİRSLƏNMƏK həyatdan istədiklərimiz reallaşmadığı zaman, itirdiyimiz, özümüzü zəif və çarəsiz hiss etdiyimiz zaman duyduğumuz, əzab verən hissiyatdır. ŞÜKÜR isə itirdiklərimiz və istədiklərimizin yerinə əlimizdə olanın qədrini bilməkdən ibarət bir duyğudur.
Author: feridnagizade