Hamiləlik dövrü çox sehrli bir dövrdür. Körpənin böyüdüyünü hər gün hiss edirsən. Dünyaya gəldikdən sonra, bütün dünyan o olur, ancaq bədəndə olan artıqlar anaları depresiyaya salır. Keçmiş şəkillərinizə baxıb, heyfislənməyin. Məşhurların məsləhətləri çəkinizi düzəltməyə kömək edəcəkdir.

Jennifer Lopez danışır!

O, ana olduqdan sonra keçmiş ölçüsünə qayıtmaq üçün idman edib. Ancaq elə belə idman yox! Gündə kilometrlərcə qaçıb, üzüb və velosiped sürüb. J.Lo məsləhət görür ki, bir neçə idman hərəkətini qarışdırasınız. Belə olduğu təqdirdə bədən daha tez formaya düşəcək və əvvəlki formanıza qovuşacaqsınız.

Image result for jennifer lopez

Mariah Carey görək nə deyir?

Əkiz uşaqlarını dünyaya gətirdikdən sonra 18 kilo artıq çəkisi olan müğənni daha çox su içərək, arıqlayıb. Yeməyinə diqqət edib, idmanla məşğul olmaqla yanaşı suyu daha çox istifadə edirdi. Beləliklə, qısa zamanda istədiyi çəkiyə tez zamanda qovuşan Carey çox su içməyi sizlərə də tövsiyyə edir.

Related image

Jessica Albadan

Qızının dünyaya gəlişi ilə bərabər, əlavə 15 kilo da qazanmışdır. İlk 2 ayda gündə 20 dəqiqə ümumi məşq edən Jessica, daha sonra bütün bədən hərəkətlərini etməyə başladı. Burpee onun köməyinə çatdı. Bundan əlavə o korsetdən də istifadə edirdi. 

Related image

Beyonce- 3 uşaq anası!

Beyonce çox asan yolla artıq çəkisini itirib. Necə? Uşaqlarına ana südü verərək, artıq çəkisinin çox hissəsini itirdiyini qeyd edib. Daha sonra fit olmaq üçün idman edib. 

Image result for beyonce