Bir necə yüz ildən sonra insanın xarici görünüşü dəyişəcək. Belə ki, gələcək nəsillərin qolları uzanacaq, dişləri azalacaq, gözləri böyüyəcək. “The Sun” qəzetinin verdiyi məlumata görə, anatomiya mütəxəssisləri 1000 il sonra insanın təkamülü barədə fikirlərini açıqlayıb. 

İnsan övladının dəyişikliyinə aşağıdakı amillərin səbəb olacağı bildirilir: 

Boy uzanır – İngilis alim Qarri Trainerin sözlərinə görə, qidalanma və tibbi şərtlərdə baş verən dəyişikliklər insanın boyunun 1.80-2 m arasında olmasına imkan verəcək. 

Bağırsaqlar qısalır – piylənmənin qarşısını almaq üçün şəkər və yağdan istifadə azaldılacaq, nəticədə bağırsaqların ölşüsü qısalacaq. 

Qollar uzanır – rəqəmsal və elektronik alətlərdən istifadənin artması ilə əl və barmaqlardakı sinir ucları çoxalacaq. 

Beyin daralır – yaddaş və düşünmə qabiliyyətinə malik robotlar, avadanlıqlar çoxalır və beyində bu işlərə ayrılan hissə kiçiləcək. 

Gözlər böyüyür – ünsiyyət, danışma, əlaqə daha çox mimikalarla bağlı olacağı üçün gözlər böyüyəcək, ağız isə kiçiləcək. 

Dişlər azalır – qidaların hər gün daha yumşaq olması, hətta bəzi yeməklərin kapsul və maye halında olması dişlərin itirilməsinə səbəb olacaq.