Antonio Vivaldi (4 mart 1678, — 28 iyul 1741) — İtalyan bəstəkarı, skripkaçı, dirijоru və pedaqoqu. O, qırmızı saçına görə Prete Rosso (“Qırmızı Keşiş”) ləqəbi ilə tanınmışdır. Ən böyük Qərb bəstəkarlarından biri sayılır, onun həyatı boyu yaradılmış əsərləri bütün dünya musiqisinin inkişafına təsir etmişdir. Vivaldi, əsasən instrumental konsertlərin təşkili ilə tanınır, qırxdan çox operanın müəllifidir. Onun ən məşhur əsəri “Dörd Mövsüm” skripka üçün konsertidir.
Antonio Lucio Vivaldi Venesiyada 1678-ci ildə doğulub, o zamanlar Venesiya Respublikasının paytaxtı. O analığı tərəfindən onun evində doğulmasından sonra dərhal xaçlanıldı. Vivaldinin valideynləri Giovanni Battista Vivaldi və Kamilla Calicchio idi, və buda Bragora San Giovanni kilsəsinin registrində qeydə alınmışdır. Ailədə Vivaldidən başqa beş uşaq var idi: Margarita Gabriela, Sesiliya Mariya, Bonaventura Tomaso, Zanetta Anna və Giovanni Battista Francesco Gaetano. Atası əvvələr bərbər olsa da, daha sonar professional skripkaçı olmuşdur və məhz o, Antonionu musiqi aləminə gətirir və ilk müəllimi olur.
13 yaşında primitiv bəstələrə imza atarkən isə başında müəllimi Covanni Leqrenzi dayanmışdı. 1703cü ildə keşiş olan Vivaldi, elə həmin ildə də işini ‘Ospedale della Pieta’ adındakı qızlar yetimxanasında violin müəllimliyinə dəyişir. 6 il sonra buranı tərk etməyə məcbur olan Vivaldi, 1711ci ildə yenidən geri qaytarılır.
Səhnələşdirilən ilk operalarının uğursuzluqlarına baxmayaraq (“Otho öz villasında”), “Arsilda, regina di Ponti” adlı əsərilə (iki qadının sevgisindən bəhs etdiyi üçün əvvəlcə qadağan edilsə də) adını ictiamiyyətə çatdıra bilir. 1722ci ildə Romaya səfər edən Vivaldi, həmçinin Papa XIII Benedikt‘in istəyilə ona öz məharətini də göstərir. 1725ci ildə Venesiyaya qayıdan bəstəkar, artıq özünün ‘magnum opus’unu yekunlaşdırmışdı: 1723cü ildə yazdığı “4 fəsil”, skripka üçün konsert. Gördüklərini musiqi notlarına köçürməyi bacaran Antonio, ona verilən ‘master of violin’ ləqəbinə sonuna qədər layiq olduğunu sübut edir.
İtalyan bəstəkar, skripkaçı və dirijоr Antоniо Vivaldi sоlо instrumental kоnsert janrının yaradıcısıdır. Оnun sоlо skripka teхnikası instrumentоvkanın və sоlо instrumental kоnsertin klassik fоrmalarının inkişafına təsir göstərib. 46-nın gün işığına çıxdığı 94 operanın, 500-dən çox konsertin, 90 sonatanın və bir çox oratoriyaların müəllifi olan Antonio Vivaldi, bu gün üçün əsərlərilə tanınan ən məşhur barokko periodu bəstəkarlarından biridir. Ən məşhur əsəri olan “İlin fəsilləri” silsiləsindən 4 parça (Yaz, Yay, Payız, Qış) skripka, eləcə də digər simli musiqi alətləri arasında ən populyar musiqilərdən hesab olunur.