Dedektiv janrında kitablar sevirsiniz? Əgər cavabınız bəli-dirsə böyük ehtimal onun ən az bir əsərini oxumusunuz. Mən ilk olaraq onunla başladım bu fərqli, adamı maraqdan öldürən kitabları sevməyə.

Şərq ekpresində cinayət

Bu kitab sirrlərlə doludur. Bir adam qatarda öldürülür və məşhur detektiv onu axtarmağa başlayır. Sonda öyrəndiyiniz qatil isə hər birinizi təəccübləndirəcək. Filmi də var və bəyənmişdim.


5 Balaca donuz balası

Karolin Kreyn həbsxanadaykən ölür. O ərini zəhərlənməkdə günahlandırılırdı, ancaq onun artıq böyümüş qızı buna inanmır və detektive müraciət edir. Şübhəli şəxslər var, ancaq əsl qatil kimdir? Mütləq oxuyun!Filmi də var, ancaq izləməmişəm. Trailerindən maraqlı görünür 🙂


Rocer Erkoydun ölümü

Dedektiv artıq təqaüdə ayırılıb və balaca kənddə məskunlaşıb. Rocer onun dostudur və ondan başqa heç kimin detektivin həqiqətindən xəbəri yoxdur. Qəflətən o öldürülür və Rocerin qardaşı qızı ondan kömək istəyir. Görəsən bu yaşlı detektiv qatili tapacaq? Bunun da filmi var və düşünürəm ki, filmləri kitabları oxuduqdan sonra izləməyiniz daha yaxşı olar.