Özünüzə 3 əhəmiyyətli sual verin:Nəyə ehtiyacım var?
Önümdə nələr var?
Nələrdən xilas olmağım lazımdır?
"Nəyə ehtiyacım var?" sualını "Nə istəyirəm?" deyə anlamayın, həqiqətən nəyə ehtiyacınız olduğu dərk edin. Ürəyinizi açın. Sualları düşününün və sözlər dərhal dilinizin ucuna gələcəkdir. Əgər hələ də gəlməyibsə bu sualı da əlavə edin: "Öz içimdə və ya özümlə əlaqədar nələrin həll edilməsi lazımdır?" Bu sualları həqiqətən ciddi bir şəkildə özünüzdən soruşun, sonra da ağlınızdan keçənləri dinləyin.
Sözünüzün yeni ildə sizə ilham verməsinə və sizi dəyişdirməsinə icazə verin. Sözünüzü müəyyənləşdirmisinizsə, indi sırada o sözü götürüb hər şeyin üstünə qoymaq var. Onu gündəlik həyatınızda hər şeydən daha əhəmiyyətli tutun və tez-tez sözünüzü özünüzə xatırladın. Evinizin divarına asın, telefon ekranınızda "wallpaper" edin. Yəni bir şəkildə hər zaman qarşınıza çıxacaq şəkildə dursun.
Ətrafınızdakı insanların, xüsusilə ən yaxınlarınızın da sözünüzü bilmələrini təmin edin. Beləcə onlar da sizə dəstək ola biləcəkdir. Nə qədər çox adama söyləsəniz məqsədinizə çatmaqda o qədər asanlaşacaqdır. Yazarların söylədiyinə görə ən çox müəyyənləşdirilən sözlər bunlardır; Tarazlıq, Məqsəd, Başla, Fürsət, Soruş və Minnətdarlıq.
İndi sizin sıranızdır. 2026-cı il üçün sizə ilham verən sözü şərhlərdə bizlərlə paylaşmağı unutmayın. :)
Author: Tarlanqizi