Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
Arı zəhəri QİÇS xəstəliyini müalicə edə bilər

Arı zəhəri QİÇS xəstəliyini müalicə edə bilər

60 0 0

Son dövrlərdə aparılan tibbi araşdırmaların nəticəsində arı zəhərinin QİÇS-ə səbəb olan HİV virusunu müalicə edə biləcəyi ortaya çıxıb.

Araşdırmanı ABŞ-ın Vaşinqton Tibb Universitetinin tədqiqaçıları həyata keçirib.

Tədqiqatın nəticəsinə görə, arı zəhərinin tərkibində olan melittin adlı toksin HİV virusunun məhv etməyə qadirdir. Arı zəhərindəki bu nanohissəciklər HİV virusunun qoruyucu üst qabığında deşiklər açır. Tədqiqatçıların virusun qoruyucu ikiqat membranı olmadan sağ qalmasının mümkün olmadığını bildirir.

Gələcəkdə QİÇS xəstəliyinin müalicəsində mühüm rol oynaya biləcək araşdırma "Antiviral Therapy" jurnalında dərc edilib.

Qeyd edək ki, dünyada hazırda HİV/QİÇS-in daşıyıcısı olan 34 milyondan çox adam yaşayır. Dünya miqyasında hər gün 7 min nəfər bu xəstəliyə yoluxur.

Author: Bildirchin Times

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More