Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
Bu qələmlə havada şəkil çəkin

Bu qələmlə havada şəkil çəkin

63 0 0

Uşaq oyuncaqları istehsal edən WobbleWorks şirkəti dünyanın ilk 3D qələmini hazırlayıb. Texnoloji cəhətdən o yapışqan silahları xatırladır. "3Doodler" adı verilən qələm elektrik enerjisindən istifadə edərək işləyir. Qələmin işləməsində mürəkkəb əvəzinə yapışqan istifadə edilir. Onun vasitəsilə istər vərəqdə, istərsə də havada istənilən obyektləri rahatlıqla yaratmaq olur. Qələmin çəkisi 200 qramdır və 2 rejimdə mürəkkəb buraxaraq rəsimlər çəkməyə imkan verir. Qələmin yaradıcıları deyiblər ki, hər hansı fiquru çəkmək üçün heç bir rəssamlıq qabiliyyətinə ehtiyac yoxdur.

Author: Bildirchin Times

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More