Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
Denis Ritchi

Denis Ritchi

45 0 0

Denis Ritçi (1941-2011), uzun müddət birlikdə işlədiyi dostu Ken Tompsonla birlikdə C proqramlaşdırma dilini yaratmış, həmçinin, UNIX əməliyyat sistemini yazmışdır. Bundan başqa, o, BCPL və B dillərini yaratmış, FORTRAN dil üçün ALTRAN genişlənməsini hazırlamış, həmçinin, Multics adlı əməliyyat sistemi üzərində işləmişdir. Ölümünədək Plan 9 və Inferno adlı əməliyyat sistemləri, Limbo adlı proqramlaşdırma dili üzərində çalışmışdır. Denis Ritçi, “C proqramlaşdırma dili” və “UNIX proqramçısının masaüstü kitabı” adlı kitabların müəllifidir. Bugün milyonlarla insanın yararlandığı və sayı hər gün artmaqda olan proqram təminatının əsasını Ritçinin bu sahədə gördüyü əvəzolunmaz işləri təşkil edir.ABŞ-ın mötəbər kompüter alimlərindən biridir. 1983-cü ildə Turinq mükafatına, 1999-cu ildə isə Beynəlxalq Texnologiya Medalına layiq görülmüşdür.

Author: Bildirchin Blog

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More