- Evlərə nəzər dəyməsin deyə at nalı və ya iydə budağı asmaq.
- Fala baxdırmaq.
-Türbələrdə şam yandırmaq, parça bağlamaq.
- Göz muncuğu taxmaq. Bu muncuğu taxmağın heç bir faydası yoxdur. Göz muncuğu taxmaq günahdır. Onun nəzəri aradan qaldıracağına inanmaq isə günaha ortaq olmaqdır.
-Bayquşun ulamağından pis mənalar çıxarmaq.
-Türbələrdə toyuq kəsmək.
-Yoldan dovşan keçdi deyə geri qayıtmaq.
- Pişik və itin yolda gəzən birinin önündən keçməsi uğursuzluq imiş.
- 13 rəqəminin uğursuz sayılması.
- Çərşənbə axşamı günü yola çıxmaq və işə başlamaq uğursuzluq imiş.
- Çərşənbə axşamı günü təzə paltar geyinəndə yana bilər.
- Qonaq gedəndən sonra evi yığışdırmaq düzgün deyil.
- Bir evdən ölü çıxsa o evdəki su qabları boşaldılır. Boşaldılmasa, o evdən yenə ölü çıxa bilər.
- Kimsə ölən kimi ayaqqabılarını qapının kandarına qoymaq.
- Arzu tutub hovuzlara pul atmaq.
- Ovucun içi qaşınanda pul gəlirmiş.
- Bıçağı kiməsə verərkən bıçağa tüpürmək.
- Gecə ev təmizləmək kasıblıq gətirirmiş.
- İtin hürməyindən məna çıxarmaq.
- Pilləkənin altından keçməmək.
- Kiminsə başına pis iş gələndə eyni şeyin onun da başına gəlməməsi üçün qulağını çəkib masaya və ya başqa bir yerə vurmaq.
- Qurbanın qanını alının ortasına sürtmək.
- Gecə güzgüyə baxmaq və ya dırnaq kəsmək uğursuzluq imiş.

Author: Bildirchin Times