Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Hatton Garden məhəlləsindəki zərgərlik dükanının qarət fotoşəkilləri

Hatton Garden məhəlləsindəki zərgərlik dükanının qarət fotoşəkilləri

49 0 0
   "Scotland Yard" pasxa bayramı günlərində qarət olunmuş Hatton Garden məhəlləsindəki London zərgərlik dükanının fotoşəkillərini dərc edib. İş həftəsinin sonunda, bütün mağazaların bayramla əlaqədar 4 günlük bağlanmasından istifadə edən quldur dəstə liftin şaxtası vasitəsi ilə binanın 2-ci mərtəbəsinə 2 metrlik divarla əhatə olunmuş zirzəmidən daxil olub. Məlumata görə oğurlanmış qiymətli daşlar və digər zinət əşyalar ilə birlikdə mağazaya dəymiş ümumi maddi zərərin həcmi 300 milyon dollara yaxındır.



     Cinayətkarlar içəri daxil olmaq üçün xüsusi qazma qurğulardan istifadə ediblər. Onlar bu qurğuların köməyi ilə 50 santimetr qalınlığı olan dəmir-beton divarda 45 santimetr eni, 25 santimetr hündürlüyü olan dəlik açıblar.



     Seyflərdə dəyərli zinət əşyalarını saxlayan zərərçəkmişlərin şəxsiyyətləri müəyyənləşdirilib. Hətta çoxları etiraf ediblər ki, seyflərin güvənliyənə etibar etdikləri üçün saxlanılan əşyalar sığortalanmamışdı.

    Hadisə yerindən müstəntiqlər 400 maddi sübut, dəvətsiz qonaqların barmaq izlərini və DNT nümunələrini toplamağı bacarıblar. Polislər bu qarəti törədən quldur dəstə ilə 2013-cü ildə Berlin bankı Volsbankı qarət edən quldur dəstənin eyni olduğundan şübhələnir.

Author: Tarlanqizi

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More